Icma.az
close
up
RU
Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu

Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu

Icma.az bildirir, Ayna portalına istinadən.

Suriyanın devrilmiş Prezidenti Moskvaya 2 ton ağırlığında dollar və avro göndərib? – Qərb iddia, Rusiya təkzib edir

2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya təyyarə ilə təxminən 250 milyon dollar nağd pul göndərib. Bu barədə “Financial Times” (FT) məxfi sənədlərə istinadən yazıb. Bildirilib ki, bu illər ərzində prezident Bəşər Əsəd Suriyada hakimiyyətdə idi və Prezident “hərbi dəstəyə görə Kremlə borclu idi”. Eyni zamanda, nəşr qeyd edir ki, həmin vaxt Suriyada “kəskin xarici valyuta qıtlığı” yaşanıb.

FT yazır ki, Suriya hakimiyyəti Rusiyaya təxminən 2 ton ağırlığında - 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pullar Rusiya banklarında yerləşdirilmək üçün nəzərdə tutulub.

Nəşr “Import Genius” ixrac məlumatları xidmətinə istinadən aydınlıq gətirir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarə Moskvada Vnukovo hava limanına enib. 2019-cu ilin fevral ayında 500 avroluq əskinaslarda daha 20 milyon avro Rusiya paytaxtına göndərilib. 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər nağd pulun daşınması üçün ümumilikdə 21 uçuş həyata keçirilib.

FT yazır ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.

Nəşrin məlumatına görə, 2018-ci ilin mart ayında Suriya Mərkəzi Bankı həmçinin Rusiyanın “CMRBank”ına 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.

FT həmçinin iddia edir ki, Əsədin ailəsi gizli şəkildə “Rusiyadakı aktivləri, o cümlədən Moskvadakı dəbdəbəli mülkləri satın alıb. Onlar Moskvanın elit rayonunda ən azı 40 milyon dollar dəyərində ən azı 19 dəbdəbəli mənzil alıblar.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə “Financial Times”ın yazdığını “absurd” adlandırmaqla yanaşı, belə xəbərlərə ehtiyyatlı yanaşmağın tərəfdarı olduğunu deyib. Deputat “Lenta.ru”ya açıqlamasında bildirib ki, bu, manipulyasiyadır.

“Məncə, bunun “Financial Times”da dərc olunması media məkanına onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün əlverişli versiyanın təqdim edilməsi üzrə klassik əməliyyatdır. Qalan hər şey ardınca gələcək. Gəlin görək bu məlumat nə dərəcədə doğrudur və niyə indi yayılıb?”, - deyə Karasin vurğulayıb.

Komitə sədri deyib ki, bu yazılar və xəbərlər birbaşa Əsədə və Moskvaya qarşı yönələ bilər: “Ona görə də, biz bu yazılarla bağlı çox diqqətli olun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Dekabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri