Dəməşqə uçuşlar bərpa olunur

04.01.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyanın paytaxtı Dəməşqə beynəlxalq uçuşlar bərpa olunur.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Suriya Mülki Aviasiya Təşkilatının rəhbəri Əşhəd Əl Salibi açıqlama verib.

O qeyd edib ki, hava limanında dekabrın 18-i ilk daxili uçuş həyata keçirilib. Yanvarın 7-dən isə beynəlxalq uçuşlar bərpa ediləcək.

“Çərşənbə axşamı günündən etibarən Dəməşq Beynəlxalq Hava Limanına beynəlxalq reysləri qəbul etməyə və hava limanından beynəlxalq uçuşlar həyata keçirməyə başlayacağımızı elan edirik. Ərəb və beynəlxalq hava yollarını xəbərdar edirik ki, Hələb və Dəməşq hava limanını tamamilə yeniləyirik”, - Salibi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью