Dəməşqə uçuşlar bərpa olunur
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın paytaxtı Dəməşqə beynəlxalq uçuşlar bərpa olunur.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Suriya Mülki Aviasiya Təşkilatının rəhbəri Əşhəd Əl Salibi açıqlama verib.
O qeyd edib ki, hava limanında dekabrın 18-i ilk daxili uçuş həyata keçirilib. Yanvarın 7-dən isə beynəlxalq uçuşlar bərpa ediləcək.
“Çərşənbə axşamı günündən etibarən Dəməşq Beynəlxalq Hava Limanına beynəlxalq reysləri qəbul etməyə və hava limanından beynəlxalq uçuşlar həyata keçirməyə başlayacağımızı elan edirik. Ərəb və beynəlxalq hava yollarını xəbərdar edirik ki, Hələb və Dəməşq hava limanını tamamilə yeniləyirik”, - Salibi bildirib.

Dəməşqə uçuşlar bərpa edildi Fasilə başa çatdı
07 Yanvar 2025 17:03
Ankaradan Dəməşqə birbaşa uçuşlar başlayır
29 Mart 2025 17:54
İstanbuldan Suriyanın paytaxtı Dəməşqə uçuşlar başlayacaq
09 Yanvar 2025 19:18
“Qatar Airways” Dəməşqə uçuşları bərpa edəcək
03 Yanvar 2025 21:36
Türkiyə Dəməşqə uçuşları bərpa edir KONKRET
16 Yanvar 2025 16:56

