“Deməzdim ki, oyunların saatının, yerinin dəyişdirilməsi halları çox oldu” MÜSAHİBƏ | Icma…
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hadisələrlə zəngin, yetərincə maraqlı və sürprizli futbol mövsümü başa çatdı.
Mövsüm başlayandan bəri ölkədaxili yarışların keyfiyyətli təşkili yolunda inanılmaz əmək sərf edən, çoxlu cəlbedici layihələr gerçəkləşdirən, təkcə premyer-liqanın yox, aşağı dəstələrin təbliği yolunda da yorulmadan çalışan Peşəkar Futbol Liqasının (PFL) kollektivi artıq dincələ, daha doğrusu, nəfəsini dərə bilər.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev sağlamlıq durumundakı problem üzündən qurumun gündəlik operativ fəaliyyətinə rəhbərlik edə bilməsə də, Elgiz Abbasov və başqaları bu yoxluğu unutdurmağa çalışdı.
Kəsəsi, artıq mövsümü yekunlaşdırmaq olar. Özü də PFL-in prezidenti Elxan Səmədovla birgə.- Şənbə günü futbol mövsümünə yekun vuruldu.
Mövsümün ümumi axarını və nəticələri necə dəyərləndirirsiz?- Bəli, futbol mövsümünə yekun vuruldu.
Biz də azarkeşlərimizə, klublarımıza, media nümayəndələrinə, futbol ictimaiyyətinə bizlə bu gərgin və maraqlı, demək olar ki, futbolla dolu bir mövsümdə birgə olduqlarına görə təşəkkür etmək istəyirik.
Ümumilikdə nəticələrə gəlincə, bəli, komandalarımız artıq avrokuboklara vəsiqə qazandı, eyni zamanda, liqalar arasında yerdəyişmələr arxada qaldı.
Tam oxu
Xəbəri oxu