Icma.az
close
up
RU
“Deməzdim ki, oyunların saatının, yerinin dəyişdirilməsi halları çox oldu” MÜSAHİBƏ

“Deməzdim ki, oyunların saatının, yerinin dəyişdirilməsi halları çox oldu” MÜSAHİBƏ

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hadisələrlə zəngin, yetərincə maraqlı və sürprizli futbol mövsümü başa çatdı.

Mövsüm başlayandan bəri ölkədaxili yarışların keyfiyyətli təşkili yolunda inanılmaz əmək sərf edən, çoxlu cəlbedici layihələr gerçəkləşdirən, təkcə premyer-liqanın yox, aşağı dəstələrin təbliği yolunda da yorulmadan çalışan Peşəkar Futbol Liqasının (PFL) kollektivi artıq dincələ, daha doğrusu, nəfəsini dərə bilər.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev sağlamlıq durumundakı problem üzündən qurumun gündəlik operativ fəaliyyətinə rəhbərlik edə bilməsə də, Elgiz Abbasov və başqaları bu yoxluğu unutdurmağa çalışdı.
Kəsəsi, artıq mövsümü yekunlaşdırmaq olar. Özü də PFL-in prezidenti Elxan Səmədovla birgə.
- Şənbə günü futbol mövsümünə yekun vuruldu. Mövsümün ümumi axarını və nəticələri necə dəyərləndirirsiz?
- Bəli, futbol mövsümünə yekun vuruldu. Biz də azarkeşlərimizə, klublarımıza, media nümayəndələrinə, futbol ictimaiyyətinə bizlə bu gərgin və maraqlı, demək olar ki, futbolla dolu bir mövsümdə birgə olduqlarına görə təşəkkür etmək istəyirik. Ümumilikdə nəticələrə gəlincə, bəli, komandalarımız artıq avrokuboklara vəsiqə qazandı, eyni zamanda, liqalar arasında yerdəyişmələr arxada qaldı.
- PFL bu mövsüm təşkilatçılıq baxımından qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail oldu?
- Əlbəttə, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəldiyimizi və yaxud da hədəflərin hamısına nail olduğumuzu demək doğru çıxmaz. Bəli, qarşıya qoyduğumuz vəzifələrə nail olmaq üçün var qüvvəmizlə çalışmışıq. Amma əlbəttə, hər mövsüm bir təcrübədi, hər mövsüm əlavə motivasiyadı. Qarşıya qoyulan məqsədlər olub. Nail olduqlarımız var, eyni zamanda, daha uzunməsafəli, geniş planlarımız var və çalışırıq ki, bunları həyata keçirməklə Azərbaycan futbolu üçün faydalı olaq. Əlbəttə, bu işdə AFFA ilə də sıx əlaqədəyik. Çalışırıq ki, ümumillikdə Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələn nə varsa, onu da ortaya qoyaq.
- Mövsüm boyunca təşkilatçılıq baxımından hansı əsas problemlərlə qarşılaşdız?
- Əvvəldə qeyd etdiyim kimi Peşəkar Futbol Liqasının yaxşı komandası var. Bu komanda illərdi formalaşıb. Deməzdim ki, hansısa bir məsələdə çətinliklə üzləşdik. Əlbəttə, təşkilatçılıqdan danışırıqsa, bunun çətin tərəfləri var. Amma komandamız bu vəzifələrin öhdəsindən gəlmək üçün tam gücünü ortaya qoydu. Düşünürük ki, bu mövsüm təşkilati cəhətdən qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlməyə çalışdıq.
- Bəzən oyunların başlama saatı, günü, hətta yeri dəyişdi. Bu kimi hallar sizə və klublara hansı çətinlikləri yaşatdı?
- Peşəkar Futbol Liqasının Əsasnaməsinə uyğun olaraq addımlar atırıq. Çünki yazılan qaydaları izləmək bizim üçün əsas prioritetlərdəndi və çalışırıq ki, burda qeyd olunan məsələləri tam şəkildə həyata keçirək. Gün və saat dəyişikliklərinə gəlincə, komandalarımız avrokuboklarda çıxış edəndə tək öz adlarını yox, ölkəmizi təmsil edirlər və biz qaydalar əsasında onlar üçün münbit şərait yaratmağa çalışırıq ki, avrokuboklarda problem yaranmasın. Və bunu təkcə Peşəkar Futbol Liqasının bayrağı altında çıxış edən komandalara yox, gücümüz çatdığı qədər ölkəmizə aid hər kəsə dəstək üçün edirik. Məsələn, minifutbol üzrə Bakıda keçirilən dünya çempionatında yığmaya dəstək məqsədi ilə ölkə kubokunun finalının vaxtını dəyişdik. Yekunda xalqımız komandamızla birgə dünya çempionluğuna sevindi. Bu hadisə hər kəsi qürurlandırdı. Məncə, bunu Azərbaycanda çalışan bütün şirkətlər, qurumlar edər. Mövzu Azərbaycan idmanı və onun uğuru ehtimalıdısa, hər kəs əlindən gələni etməyə borcludu. Fürsətdən istifadə edib minifutbol yığmamızı təbrik edirəm. Avrokuboklara vəsiqə qazanmış klublarımıza da motivasiya olacağına və daha da yaxşı çıxış edəcəklərinə ümid edirəm. Deməzdim ki, oyunların saatının, yerinin dəyişdirilməsi halları çox oldu. İlləri müqayisə etsək, bunun minimum endiyini görərik. 
- Kubok finalında nəzərdə tutduğuz səviyyədə futbol bayramı təşkil edə bildizmi?
- Biz PFL olaraq, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyuna xüsusi yanaşmışdıq, hazırlıq işlərinə 2-3 ay əvvəldən başlamışdıq. Düzdü, hələ o vaxt finalçılar bəlli deyildi. Amma istənilən halda açılış-bağlanış mərasimi, ilkin təşkilati məsələləri görmək üçün artıq tam gücümüzlə işə başlamışdıq. Finalın necə keçməsi ilə bağlı xoş sözlər eşitdik, xoş mesajlar aldıq, təbrik məktubları aldıq. Bütün bunlar bizim üçün əlavə motivasiyadı. Hazırda aldığımız xoş sözlər, gözəl təbriklər bizi gələn mövsümün finalına daha motivasiyalı, daha inamlı hazırlaşmağa sövq edir.
- Ümumilikdə azarkeş marağı sizi nə dərəcədə qane etdi?
- Azarkeş marağına gəlincə, premyer-liqada yüksək dinamikanın şahidi olmaqdayıq. Bunu biz yox, rəqəmlər deyir. Rəqəmlərə nəzər yetirsək, görərik ki, mövsümdən-mövsümə azarkeş sayında artım var. Əlbəttə, biz də istəyərdik stadionlarda daha çox azarkeş olsun. Bununla bağlı klublarla  birgə çalışmalıyıq ki, azarkeşlərin stadiona gəlişi daha intensiv hal alsın. Müsbət dinamika var və bu, bizi sevindirən məqamlardandı. Biz də təşkilati işlərlə, eyni zamanda, üzərimizə düşən vəzifələrlə çalışrıq ki, azarkeşlərin rahatlığı tam təmin olunsun.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri