Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Asiya Bankı nəqliyyatda karbon emisisyasının azaldılmasına dəstək verəcək Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,25 milyon dollar məbləğində texniki dəstək sənədini təsdiqləyib.
Bank maliyyə vəsaitinin 250 min dollarını Texniki Yardım Xüsusi Fondu, 1 milyon dollarlıq hissəsini isə “Ağıllı Enerji” İnnovasiya Fondu vasitəsilə ayırıb.
AİB Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarında artan mövqeyini, o cümlədən “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizləri vasitəsilə bağlantıları gücləndirərək iqtisadi dayanıqlılığı və regional inteqrasiyanı artırmaq səylərini və Orta Dəhlizdə şaxələndirici təşəbbüskarlığını xüsusi dəyərləndirərək maliyyə dəstəyi göstərib.
Asiya Bankı respublikamızın beynəlxalq logistika mərkəzi kimi özünü tam təsdiq etməklə yanaşı, nəqliyyat daşınmalarında səmərəlilik prinsiplərinə diqqyə ayırmasını, qlobal iqlim hədəflərini dəstəkləmək üçün dekarbonizasiya tədbirləri həyata keçirməsini müsbət məqamlar kimi qiymətləndirir.
Azərbaycanın dəmir yolu administrasiyasının (ADY) bərpa olunan elektrik enerjisindən istifadəni artıraraq əməliyyat səmərəliliyinə nail olmaq, xərclərin azaldılmasında mühüm rol oynayan dekarbonizasiya gündəliyini gücləndirmək iradəsini dəstəkləyəcəyini bildirir.
Bankın ekspertlərinin fikrincə, “yaşıl idarəetmə”yə keçid, həmçinin hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və “təmiz enerji” sahəsində iş yerlərinin yaradılması kimi əlavə faydalar gətirəcək.
25 ildə 4,2 milyard dollar Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı Azərbaycanla 25 ildir ki, infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrdə sıx əməkdaşlıq edir.