Dəmir yolunun mayın 1 dən açılmasına nazirlikdən RƏSMİ CAVAB | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib.
Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Davitaşvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat sahəsində əməkdaşlıq olduğunu vurğulayıb.
"Buna görə də biz hər il bir araya gəlirik və il üçün planları müzakirə edirik.
Bu gün həmkarımla görüşdə birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsini müzakirə etdik - işlərin yekun mərhələsi bu il istifadəyə veriləcək.
Biz, həmçinin bu infrastrukturu idarə edəcək Gürcüstan və Azərbaycan arasında birgə müəssisənin yaradılması barədə danışdıq ki, bu da bizə bu sahəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək", - deyə Levan Davitaşvili bildirib.
Tam oxu
Xəbəri oxu