Icma.az
close
up
RU
Dəmir yolunun mayın 1 dən açılmasına nazirlikdən RƏSMİ CAVAB

Dəmir yolunun mayın 1 dən açılmasına nazirlikdən RƏSMİ CAVAB

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib. 

Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilir ki, görüş zamanı Davitaşvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat sahəsində əməkdaşlıq olduğunu vurğulayıb. 

"Buna görə də biz hər il bir araya gəlirik və il üçün planları müzakirə edirik. Bu gün həmkarımla görüşdə birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsini müzakirə etdik - işlərin yekun mərhələsi bu il istifadəyə veriləcək. Biz, həmçinin bu infrastrukturu idarə edəcək Gürcüstan və Azərbaycan arasında birgə müəssisənin yaradılması barədə danışdıq ki, bu da bizə bu sahəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək", - deyə Levan Davitaşvili bildirib. 

Məlumatda vurğulanıb ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində keçirilən görüşdə nazir müavini Quram Quramaşvili, "Marabda-Kartsaxi" MMC-nin rəhbəri Levan Kankava, "Gürcüstan Dəmir Yolları" ASC-nin rəhbəri, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. 

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə həmçinin Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi və nümayəndə heyətinin digər üzvləri daxil olub. 

Görüşdə "Orta Dəhliz"in artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. 

Qeyd olunduğu kimi, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək. 

Tərəflər, həmçinin bu il mayın 1-dən başlayacaq Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin açılması məsələsini müzakirə ediblər.

"Dəmir yolu ilə sərnişindaşımaları bizim turizm üçün çox vacibdir. 

Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün təchizat proqnozunu da müzakirə etdik. Əlbəttə ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli ola bilməyimiz üçün planları və baxışları bölüşmək çox vacib idi", - deyə Baş nazirin birinci müavini qeyd edib. 

Qeyd edək ki, artıq bir neçə ildir ölkələrimiz arasında quru sərhədləri bağlıdır. Doğrudanda mayın 1-dən başlayaraq Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi açılacaq? 

Məsələ ilə bağlı Rəqəmsal inkişaf və nəqliyyat Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, quru sərhədləri bağlı olduğuna görə hazırda bu məsələ müzakirə mövzusu deyil: 

“Bununla bağlı gərək Nazirlər Kabinetini qərarı olsun ki, bundan sonra hansısa prosedur reallaşsın. Yəqin ki, quru sərhədləri açıldıqdan sonra bu məsələ müzakirə oluna bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Dəmir yolu Gürcüstan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri