Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elçin Bayramlı Azərbaycanda son 5 ildə doğum səviyyəsi 65 faiz azalıb. Bu artıq SOS siqnalıdır və çox ciddi təhlükədən xəbər verir.
Ölkəmizdə uzun əsrlər demoqrafik vəziyyətlə bağlı heç bir çətinlik yaşanmayıb, həmişə doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksək olub.
Yalnız son onilliklərdə vəziyyət dəyişib, artıq doğumun kəskin azalması baş verib, əhalinin qocalması tendensiyası yaranıb.
İnkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşıblar.
İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət və müharibələrin azalması sayəsində insanlar daha uzun yaşamağ
Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ya da 1 uşaqla kifayətlənir və ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir.
Çoxuşaqlı ailələr nadir hala çevrilib. Hazırda 3 və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir.