Icma.az
close
up
RU
Demoqrafik SOS siqnalı KÜNCDƏN BAXIŞ

Demoqrafik SOS siqnalı KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin Bayramlı

Azərbaycanda son 5 ildə doğum səviyyəsi 65 faiz azalıb. Bu artıq SOS siqnalıdır və çox ciddi təhlükədən xəbər verir.

Ölkəmizdə uzun əsrlər demoqrafik vəziyyətlə bağlı heç bir çətinlik yaşanmayıb, həmişə doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksək olub. Yalnız son onilliklərdə vəziyyət dəyişib, artıq doğumun kəskin azalması baş verib, əhalinin qocalması tendensiyası yaranıb.

İnkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşıblar. İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət və müharibələrin azalması sayəsində insanlar daha uzun yaşamağa başladı, uşaq ölümü azaldı, amma doğum nisbəti də getdikcə azaldı. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ya da 1 uşaqla kifayətlənir və ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. Hazırda 3 və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr 1 və ya 2 uşaqdan ibarət olur.

Əhalinin artmasını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə 3 uşaq olmalıdır. İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir- gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə inkişaf etməmiş ölkələrdə qalır.

BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı 2050-ci ilədək 2 dəfə artaraq 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40% təşkil edəcək.

Bəs Azərbaycanı nə gözləyir? Ölkəmizdə, proqnozlara görə, yaşlı əhalinin xüsusi çəkisi də xeyli artacaq. Artıq qocalma prosesi müşahidə olunur: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2%-dən 7,1%-ə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayıb. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb.

Əhalinin qocalması təkcə mənəvi-psixoloji problem deyil, həm də sosial-iqtisadi problemdir. Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçının sayının artması, əmək haqqının azalması, sosial xərclərin artmasıdır. Bu səbəbdən əksər ölkələr öz əhalisini və uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.

Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80%-ni və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, ”Bir ailə-bir uşaq" siyasəti yürüdən Çində indi 2-ci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı çətin vəziyyət var. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə (10-15 min manat arasında) və aylıq uşaqpulu verməklə (300-400 manat civarında) düzəltməyə çalışırlar. Bundan əlavə çoxuşaqlı ailələrə xeyli güzəştlər və yardımlar da edilir. Ümumiyyətlə, artıq dünya ölkələrinin çox böyük əksəriyyətində uşaqpulu və digər ailələrə sosial dəstək paketləri tətbiq olunur.

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 5 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu tətbiq etmək olardı.

Düzdür, uşaq doğumunun kəskin azalmasında ən böyük payı sosial-maddi problemlər tutur. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətində də 1 və ya 2 uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya- hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri