Dəniz suyunun duzsuzlaşdırılması zavodu Sumqayıtda tikiləcək | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.
Modern.az xəbər verir ki, bu məqsədlərdən irəli gələrək dövlət başçısının müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin reallaşdırılmasına başlanılıb.
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elan edilib.
Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra ixtisas qiymətləndirilməsi həyata keçirilib və qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələblərə cavab verən şirkətlərə müsabiqənin şərtlər toplusu göndərilib.
Tələb olunan şərtlərə uyğun olaraq, iddiaçı şirkətlər təkliflərini təqdim ediblər.
İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iddiaçı şirkətlərin nümayəndələrinin iştirakı ilə təkliflər zərfləri açılıb.
Növbəti mərhələdə layihə üzrə iddiaçı şirkətlərin təqdim etdiyi texniki və maliyyə təklifləri qiymətləndiriləcək və bunun əsasında müsabiqənin qalibi müəyyən olunacaq.
Tam oxu
Xəbəri oxu