Icma.az
close
up
RU

Dəniz suyunun duzsuzlaşdırılması zavodu Sumqayıtda tikiləcək

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.

Modern.az xəbər verir ki, bu məqsədlərdən irəli gələrək dövlət başçısının müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin reallaşdırılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elan edilib.

Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra ixtisas qiymətləndirilməsi həyata keçirilib və qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələblərə cavab verən şirkətlərə müsabiqənin şərtlər toplusu göndərilib. Tələb olunan şərtlərə uyğun olaraq, iddiaçı şirkətlər təkliflərini təqdim ediblər.

İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iddiaçı şirkətlərin nümayəndələrinin iştirakı ilə təkliflər zərfləri açılıb. Növbəti mərhələdə layihə üzrə iddiaçı şirkətlərin təqdim etdiyi texniki və maliyyə təklifləri qiymətləndiriləcək və bunun əsasında müsabiqənin qalibi müəyyən olunacaq. Müsabiqə qalibi ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.

Təkliflər zərflərinin açılması mərasimində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov layihənin önəmini qeyd ediblər.

Bildirilib ki, suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq. Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferini stimullaşdırmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib. Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində "Əks Osmos" (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri