Icma.az, Metbuat portalına istinadən məlumat verir. Dənizdə boğulma halları demək olar ki, hər gün baş verir.
Bəs bu faciələrin kökündə nə dayanır – insanların ehtiyatsız davranışları, yoxsa müvafiq nəzarətin olmaması?
Təhlükəsizlik eksperti Orxan Musayev Metbuat.az-a açıqlamasında bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır.
Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə qalırlar: “Dəniz istirahəti insanların diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur.
Amma bu gözəllik bəzən çox tez və qəfil şəkildə insanların həyatı üçün təhlükə yarada bilər.
Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin olduğunu unudurlar.
Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də bəzi insanlar tərəfindən adi davranış kimi qəbul olunur.
İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər.