Icma.az
close
up
RU
Dənizdə boğulanların sayı niyə artıb?

Dənizdə boğulanların sayı niyə artıb?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Dənizdə boğulma halları demək olar ki, hər gün baş verir. Bəs bu faciələrin kökündə nə dayanır – insanların ehtiyatsız davranışları, yoxsa müvafiq nəzarətin olmaması?

Təhlükəsizlik eksperti Orxan Musayev Metbuat.az-a açıqlamasında bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır. Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə qalırlar:

“Dəniz istirahəti insanların diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur. Amma bu gözəllik bəzən çox tez və qəfil şəkildə insanların həyatı üçün təhlükə yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də bəzi insanlar tərəfindən adi davranış kimi qəbul olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyətləri fəaliyyət göstərir və hər hansı bir fövqəladə hal baş verdikdə, çevik şəkildə müdaxilə etmək imkanı mövcuddur. Nəzarətsiz çimərliklərdə belə xidmətlər olmadığına görə, fövqəladə hal zamanı insan həyatını xilas etmək mümkün olmur”.

Ekspertin sözlərinə görə, nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi əvvəlcədən müəyyən edilir, eləcə də ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər maneələr təmizlənir:

“Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri altında özlərini itirə bilərlər. Maarifləndirici və təbliğat xarakterli tədbirlər daha da genişləndirilməlidir. İnsanlar sadəcə “dalğa var, üzmək olmaz” xəbərdarlıqlarını deyil, bu dalğaların insan bədəninə necə təsir etdiyini də bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslərin getdiyini bilmələri vacibdir. Çimərliklərdə qaydaların pozulması hallarında, məsələn, qadağan olunmuş ərazilərdə çimmək və ya alkoqollu halda suya girmək kimi davranışlara qarşı həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri tətbiq olunmalıdır ki, insanlar belə hərəkətlərdən çəkinsinlər”.

O.Musayev qeyd edib ki, boğulma hadisələrinin əksəriyyəti saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, sadəcə olaraq suyun altında yoxa çıxırlar. Hər il baş verən faciələrin təkrarlanmasının əsas səbəbi isə ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir. Bu düşüncə tərzindən qurtulmaq vacibdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyul 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri