Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Depressiya bəzən səssiz şəkildə başlayır və insan uzun müddət bu vəziyyətdə olduğunu fərq etmir.
Gündəlik həyatda marağın azalması, yorğunluq, əhvalın enməsi kimi əlamətlər çox vaxt adi hal kimi qəbul edilir.
İnsan özünü sosial həyatdan uzaqlaşdırmağa, hisslərini gizlətməyə başlayır. Bu isə problemin daha da dərinləşməsinə səbəb olur.
Bəs biz bu səssiz əlamətləri vaxtında necə tanıyıb depressiyadan çıxış yolu tapa bilərik?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan psixoloq Sevinc Həbibovanın fikrincə, depressiyanın ən təhlükəli tərəfi onun səssiz və gizli şəkildə insanın həyatına daxil olmasıdır: “Bəzi insanlar özündə baş verən dəyişiklikləri görmür.
Onu adi bir yorğunluq, mövsümi halsızlıq və ya stress kimi qəbul edir. Lakin bu vəziyyətin arxasında depressiyanın gizləndiyini anlamır.
Depressiya zamanı insanın sevdiyi fəaliyyətlərə marağı azalır, yuxu və iştah pozğunluğu yaranır, özünü dəyərsiz və günahkar hiss edir.