Icma.az
close
up
RU
Depressiyadan necə çıxmaq olar? Psixoloqdan AÇIQLAMA

Depressiyadan necə çıxmaq olar? Psixoloqdan AÇIQLAMA

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Depressiya bəzən səssiz şəkildə başlayır və insan uzun müddət bu vəziyyətdə olduğunu fərq etmir.

Gündəlik həyatda marağın azalması, yorğunluq, əhvalın enməsi kimi əlamətlər çox vaxt adi hal kimi qəbul edilir.

İnsan özünü sosial həyatdan uzaqlaşdırmağa, hisslərini gizlətməyə başlayır.

Bu isə problemin daha da dərinləşməsinə səbəb olur.

Bəs biz bu səssiz əlamətləri vaxtında necə tanıyıb depressiyadan çıxış yolu tapa bilərik?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan psixoloq Sevinc Həbibovanın fikrincə, depressiyanın ən təhlükəli tərəfi onun səssiz və gizli şəkildə insanın həyatına daxil olmasıdır:

“Bəzi insanlar özündə baş verən dəyişiklikləri görmür. Onu adi bir yorğunluq, mövsümi halsızlıq və ya stress kimi qəbul edir. Lakin bu vəziyyətin arxasında depressiyanın gizləndiyini anlamır. Depressiya zamanı insanın sevdiyi fəaliyyətlərə marağı azalır, yuxu və iştah pozğunluğu yaranır, özünü dəyərsiz və günahkar hiss edir. Bu hallar insanlar tərəfindən bəzən ciddiyə alınmır və şəxs özü də bu əlamətləri “keçici hal” kimi qiymətləndirir. Halbuki, bu vəziyyət uzun müddət davam edərsə, artıq peşəkar psixoloji dəstəyə ehtiyac yaranır. İnsanlar depressiyanın simptolarını hiss edən kimi dərhal mütəxəssisə müraciət etməlidir. Əks halda ciddi fəsadlarla rastlaşa bilərlər”.

Psixoloq vurğulayıb ki, depressiyadan çıxmaq üçün əvvəlcə problemin səbəbini aydınlaşdırmaq lazımdır:

“Bəzən elə olur ki, depressiya müxtəlif fundamental hadisələrdən – boşanma, itki, maddi sıxıntılar və ya konkret səbəb olmadan da yarana bilər. Qeyd etmək istərdim ki, depressiyanın fiziki simptomları da vardır: yuxu problemləri, enerji itkisi, baş ağrıları, hətta mədə-bağırsaq narahatlığı kimi əlamətlər görülə bilər.

Depressiyadan xilas olmaq üçün ən optimal yol qeyd etdiyim kimi mütəxəssisə müraciət etmək və onun nəzarətində aparılan psixoterapiya, sosial terapiya və bəzən dərman müalicəsidir. Evdə çay kimi sadə dəstək üsulları da gündəlik psixoloji rifahın təmininə kömək edə bilər, lakin bunlar yalnız peşəkar dəstək ilə birlikdə ən gözəl təsiredici vasitədir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri