Deputat AFFA nın fəaliyyətini tənqid etdi | Icma.az
Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. AFFA-nın 2024-cü ildəki xərcləri müzakirələrə səbəb olub.
Belə ki, Feserasiyanın hesabatına əsasən, ötən il 33 milyon 448 min manat pul xərclənib.
Bu pulun 15 milyon manatdan çoxu milli komanda üçün, 6 milyon manatı isə əməkhaqqı və ezamiyyə üçün xərclənib.
Hesabat fonunda Azərbaycan millisinin FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması yenidən gündəmə gətirilib, Federasiya tənqid edilib.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov açıqlamasında deyib ki, bu gün Azərbaycanda milli futbolun inkişaf etməməsinin səbəbləri hər kəs üçün maraqlıdır.
Deputat qeyd edib ki, futbola kifayət qədər diqqət göstərilir, pul ayrılır, amma istənilən nəticə əldə edilmir: “Hazırda ölkəmizin milli komandasının FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması hər kəsi məyus edir.
Dünya və Avropa çempionatlarının seçmə oyunlarında zəif nəticə göstərən millimizin bu vəziyyəti düşündürücüdür.
Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, Azərbaycanda futbol yoxdur.
Tam oxu
Xəbəri oxu