Icma.az
close
up
RU
Deputat AFFA nın fəaliyyətini tənqid etdi

Deputat AFFA nın fəaliyyətini tənqid etdi

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın 2024-cü ildəki xərcləri müzakirələrə səbəb olub. Belə ki, Feserasiyanın hesabatına əsasən, ötən il 33 milyon 448 min manat pul xərclənib. Bu pulun 15 milyon manatdan çoxu milli komanda üçün, 6 milyon manatı isə əməkhaqqı və ezamiyyə üçün xərclənib. Hesabat fonunda Azərbaycan millisinin FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması yenidən gündəmə gətirilib, Federasiya tənqid edilib.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov açıqlamasında deyib ki, bu gün Azərbaycanda milli futbolun inkişaf etməməsinin səbəbləri hər kəs üçün maraqlıdır.

Deputat qeyd edib ki, futbola kifayət qədər diqqət göstərilir, pul ayrılır, amma istənilən nəticə əldə edilmir: “Hazırda ölkəmizin milli komandasının FİFA-nın reytinq siyahısında 119-cu yerdə qərarlaşması hər kəsi məyus edir. Dünya və Avropa çempionatlarının seçmə oyunlarında zəif nəticə göstərən millimizin bu vəziyyəti düşündürücüdür. Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, Azərbaycanda futbol yoxdur. Bütün uğursuzluqların da səbəblərini futbolçuların üzərinə yıxmışıq. Azərbaycan futbolu niyə beynəlxalq arenada uğur qazana bilmir? Bu sualın cavabını hamımız düşünməliyik. Heç kim dünyaya futbolçu və idmançı olaraq gəlmir, yetişdirilir. SSRİ dövründə bütün maneə və şəraitsizliyə baxmayaraq, yerli futbolçular yetişmişdi ki, bunun əsas səbəbi məhəllə futbolunun olması idi. Hazırda məhəllə futbolu tamamilə sıradan çıxarıldı. AFFA bu məsələdə bəzi məktəblərin yaxınlığında süni meydançalar tikməklə işin bitmiş olduğunu hesab etdi. Futbolda olan zəif cəhəti aradan qaldırmaq üçün xarici oyunçular transfer olunmağa başladı. Lakin bu da effektli çıxış yolu olmadı. Çünki ölkəmizin millilərini o oyunçular seçdilər ki, onlar öz ölkələrinin milli komandasına düşə bilmirdilər. Beləliklə, yenə də millimiz Avropada ən zəiflərdən oldu. Düşünürəm ki, problemlərə yanaşma dəyişmədikcə müsbət nəticələr qazanmaq mümkün olmayacaq. Xarici oyunçulara xərclənən pulu elə öz uşaqlarımızın inkişafına yönəltmək daha məqsədəuyğun olardı. Dəfələrlə demişəm, indi də deyirəm, problemin kökü uşaq futbolundadır. Nə qədər ki bu istiqamətdə ciddi, düşünülmüş, doğru işlər aparılmayacaq, futbolumuzdakı böhran da aradan qalxmayacaq. Bu gün regionda Gürcüstanla müqayisədə Azərbaycan çox geridədir. Türkiyəni misal göstərsək, orada istər uşaq futbolu, istərsə də peşəkar futbol klublarına sponsorluq etmək üçün sıraya düzülən böyük şirkətlər görərik. Bu, güclü idarəetmənin, ağıllı yanaşmanın nəticəsidir”. (Pravda.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 15 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri