Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu gün Milli Cəbhə Partiyasının (MCP) qərargahında startap sərgisində tanış olduğum Sehranə Kazımlını atası ilə birlikdə qəbul etdim. Onun müəllifi olduğu "AgroVoice" layihəsi ilə tanış oldum. Layihənin ideyası sadə, amma çox vacibdir: fermerlə alıcını vasitəçisiz bir araya gətirmək. Fermer öz məhsulunu platformada təqdim edir, alıcı ilə birbaşa əlaqə qurur və qiymətdə razılığa gəlir. Beləliklə, fermer məhsulunu daha ədalətli qiymətə satır, alıcı isə daha münasib şərtlərlə alış edir".
"Cebheinfo.az" xəbər verir ki, bu haqda məlumatı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev özünün sosial şəbəkə hesabında paylaşıb.
R.Nurullayev paylaşımda qeyd edib ki, layihədə onun xüsusilə diqqətini çəkən üstünlük onun hər kəs üçün əlçatan olması olub:
"Hətta yazıb-oxumaq bacarığı olmayan fermer də məhsulunu səsli şəkildə təqdim edərək platformadan istifadə edə biləcək. Yəni texnologiya fermer üçün əlavə çətinlik deyil, onun işini asanlaşdıran vasitə olacaq. Hazırda ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı yeni dövlət proqramı həyata keçirilir. İnanıram ki, AgroVoice kimi təşəbbüslər həmin proqramın hədəflərinə, xüsusilə rəqəmsallaşma, fermerlərin gəlirlərinin artırılması və məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm töhfə verə bilər.
Belə layihələrə dövlət dəstəyi vacibdir. Çünki bu, yalnız gənc sahibkarın uğuru deyil, həm də fermerin, istehlakçının və bütövlükdə dövlətimizin maraqlarına xidmət edən təşəbbüsdür. Dövlətə də məhz belə yerli innovativ layihələr lazımdır. Onların inkişafına maliyyə və institusional dəstək verilməsi real iqtisadi nəticələr yarada bilər. Sehranə xanıma təşəbbüsündə uğurlar arzulayıram. Gənclərin faydalı ideyalarını dinləmək, qiymətləndirmək və həyata keçməsinə dəstək olmaq hamımızın marağındadır".
Deputat sonda əlavə edib ki, bəzən böyük dəyişikliklər böyük layihələrdən deyil, vaxtında dəstək verilən kiçik, amma düzgün ideyalardan başlayır. Əsas məsələ belə ideyaları görmək, qiymətləndirmək və onların həyata keçməsinə imkan yaratmaqdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin