Icma.az
close
up
RU
Deputat AgroVoice layihəsinin müəllifi ilə görüşüb

Deputat AgroVoice layihəsinin müəllifi ilə görüşüb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu gün Milli Cəbhə Partiyasının (MCP) qərargahında startap sərgisində tanış olduğum Sehranə Kazımlını atası ilə birlikdə qəbul etdim. Onun müəllifi olduğu "AgroVoice" layihəsi ilə tanış oldum. Layihənin ideyası sadə, amma çox vacibdir: fermerlə alıcını vasitəçisiz bir araya gətirmək. Fermer öz məhsulunu platformada təqdim edir, alıcı ilə birbaşa əlaqə qurur və qiymətdə razılığa gəlir. Beləliklə, fermer məhsulunu daha ədalətli qiymətə satır, alıcı isə daha münasib şərtlərlə alış edir".

"Cebheinfo.az" xəbər verir ki, bu haqda məlumatı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev özünün sosial şəbəkə hesabında paylaşıb.

R.Nurullayev paylaşımda qeyd edib ki, layihədə onun xüsusilə diqqətini çəkən üstünlük onun hər kəs üçün əlçatan olması olub:

"Hətta yazıb-oxumaq bacarığı olmayan fermer də məhsulunu səsli şəkildə təqdim edərək platformadan istifadə edə biləcək. Yəni texnologiya fermer üçün əlavə çətinlik deyil, onun işini asanlaşdıran vasitə olacaq. Hazırda ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı yeni dövlət proqramı həyata keçirilir. İnanıram ki, AgroVoice kimi təşəbbüslər həmin proqramın hədəflərinə, xüsusilə rəqəmsallaşma, fermerlərin gəlirlərinin artırılması və məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm töhfə verə bilər.

Belə layihələrə dövlət dəstəyi vacibdir. Çünki bu, yalnız gənc sahibkarın uğuru deyil, həm də fermerin, istehlakçının və bütövlükdə dövlətimizin maraqlarına xidmət edən təşəbbüsdür. Dövlətə də məhz belə yerli innovativ layihələr lazımdır. Onların inkişafına maliyyə və institusional dəstək verilməsi real iqtisadi nəticələr yarada bilər. Sehranə xanıma təşəbbüsündə uğurlar arzulayıram. Gənclərin faydalı ideyalarını dinləmək, qiymətləndirmək və həyata keçməsinə dəstək olmaq hamımızın marağındadır".

Deputat sonda əlavə edib ki, bəzən böyük dəyişikliklər böyük layihələrdən deyil, vaxtında dəstək verilən kiçik, amma düzgün ideyalardan başlayır. Əsas məsələ belə ideyaları görmək, qiymətləndirmək və onların həyata keçməsinə imkan yaratmaqdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri