Deputat Asif Əsgərov cüdoçularla görüşdü FOTO | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fevral ayının 14-16-sı tarixlərdə Bakıda Milli Gimnastika Arenasında Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri keçirilib.
"Unikal" xəbər verir ki, üç gün davam edən turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə apardılar.
Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunurdu.
Beləliklə, Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turniri Azərbaycan cüdoçuları üçün uğurla başa çatdı.
Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəliblər.
Turnirdə "Atilla" İdman Klubunun idmançıları da iştirak ediblər.
Ümumilikdə qazanılan 5 medaldan 3 medalı, möhkəm iradə və əzmkarlıq göstərərək, “Atilla” İdman klubunun idmançıları əldə ediblər.
Tam oxu
Xəbəri oxu