Icma.az
close
up
RU
Deputat Asif Əsgərov cüdoçularla görüşdü FOTO

Deputat Asif Əsgərov cüdoçularla görüşdü FOTO

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevral ayının 14-16-sı tarixlərdə Bakıda Milli Gimnastika Arenasında Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri keçirilib. 

"Unikal" xəbər verir ki, üç gün davam edən turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə apardılar. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunurdu.      

Beləliklə,  Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turniri Azərbaycan cüdoçuları üçün uğurla başa çatdı. Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəliblər. 

Turnirdə "Atilla" İdman Klubunun idmançıları da iştirak ediblər.  Ümumilikdə qazanılan 5 medaldan 3 medalı, möhkəm iradə və əzmkarlıq göstərərək, “Atilla” İdman klubunun idmançıları əldə ediblər. 

Qeyd edək ki “Atilla” İdman Klububub idmançıları 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev (məşqçisi Əli Dərvişov)- gümüş medal, 73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə (məşqçisi R.Həsənov)- bürünc medal, 66 kq çəki dərəcəsində Elçən Əsədov (məşqçisi E.Həsənov)- bürünc medal qazanmışdırlar.

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə heyətinin üzvü, Millət vəkili Asif Əsgərov “Atilla” İdman Klubunda qalib cüdocularla görüşdü. Qeyd olundu ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriik. Bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.

Millət vəkili qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsinə, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığına və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olmasına böyük şərait yaradıb. Bundan sonra da Respublikamızda cüdo idman növünün dahada inkişafı istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Görüş zamanı qalib cüdoçular mükafatlandırılaraq onlara gələcək yarışlarda daha boyuk uğurlar arzulandı. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri