Deputat: Azərbaycan Ordusu Xocalının qisasını aldı | Icma.az
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. 26 fevralda Xocalı soyqırımının 33-cü ildönümü tamamlanır.
33 il əvvəl baş verənlər nəinki Azərbaycan xalqının, bütövlükdə insanlığa qarşı törədilən soyqırım aktı idi.
Azərbaycan hər zaman bütün yüksək tribunalarda "Xocalıya ədalət" çağırışı etdi, təəssüf ki, dünya bu çağırışları eşitmədi, günahkarların cəzalandırılması üçün səy göstəmədi.
Amma Azərbaycan Ordusu Xocalının qisasını aldı. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi.
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Tam oxu
Xəbəri oxu