Icma.az
close
up
RU
Deputat: Azərbaycan Ordusu Xocalının qisasını aldı

Deputat: Azərbaycan Ordusu Xocalının qisasını aldı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

26 fevralda Xocalı soyqırımının 33-cü ildönümü tamamlanır.

33 il əvvəl baş verənlər nəinki Azərbaycan xalqının, bütövlükdə insanlığa qarşı törədilən soyqırım aktı idi.

Azərbaycan hər zaman bütün yüksək tribunalarda "Xocalıya ədalət" çağırışı etdi, təəssüf ki, dünya bu çağırışları eşitmədi, günahkarların cəzalandırılması üçün səy göstəmədi. Amma Azərbaycan Ordusu Xocalının qisasını aldı.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə "Cebheinfo.az"-a açıqlamasında deyib ki, ermənilər son iki əsr ərzində Azərbaycan türklərinə qarşı bir çox cinayətlər, vəhşiliklər, vandallıq aktları, soyqırımlar həyata keçiriblər:

“Hesab edirəm ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər bütün bu cinayətlərin zirvəsində dayanır. Xocalı faciəsi bütün bəşəriyyət üçün ən böyük soyqırım aktı kimi qəbul edilməlidir.

Həmin gecə mühasirəyə alınmış Xocalı şəhərindən qaçmaqla canını qurtarmağa çalışmış 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu bütün bəşəriyyətə qarşı misli görünməmiş soyqırım aktıdır.Uzun illər idi ki, Xocalı faciəsinin qəlbimizdə açdığı yaranı daşıyırdıq.

Bu illər ərzindı xalq, millət, dövlət olaraq qarşımızda dayanan məsəlı o idi ki, torpaqlarımızı işğaldan azad edək. Azərbaycan xalqına qarşı bu cinayətləri törədənlər cəzalandırılsınlar. Nəhayət ədalət öz yerini tutmuş olsun".

Partiya sədri qeyd edib ki, uzun illər ərzində güclü dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana bu məsələdə dəstək vermədilər:

"Özümüz gücləndik, ordumuzu gücləndirdik, müasir silahlarla silahlandırdıq və nəhayət İkinci Qarabağ müharibəsində torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad olundu. 

Ondan sonrakı dönəmdə də bir neçə antiterror əməliyyatı keçirərək məqsədimizə addım-addım yaxınlaşmağa başladıq. Nəhayət 2023-cü ilin 19-20 sentyabrında 1 günlük antiterror əməliyyatı ilə işğalçıları tam olaraq ərazimizdən qovduq və Xocalı da daxil olmaqla bütün ərazilərimizi nəzarətə götürmüş olduq. 

2023-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltmaqla bu prosesin yekunlaşdığını bəyan etdi. 

Eyni zamanda, Xocalı cinayətinin başında dayanların bir çoxu Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirildi, bir çoxları isə ələ keçirildi. Bu gün də onlar Azərbaycan məhkəmələrinin qarşısında öz cəzalarını gözləyirlər".

O qeyd edib ki, Xocalı və digər əraziləri işğaldan azad etməklə alnımızdakı qara ləkəni təmizlədik:

“Qürurumuzu özümüzə qaytardıq. Bütün dünyaya da göstərdik ki, Azərbaycan xalqı məğlubedilməzdir. Bu gün qürurluyuq ki, Birinci və İkinci Qarabağ savaşında, sonrakı proseslərdə şəhid olmuş qəhrəman insanlarımızın ruhları şaddır. 

Artıq Azərbaycan suverənliyini və ərazi bütövlüyünü bərpa edib. Amma Xocalıda baş verənləri heç vaxt yaddan çıxarmamalıyıq. Ona görə ki, gələcəkdə bir daha belə faciələrlə üz-üzə qalmayaq. Güclü olmalıyıq ki, bir daha heç kim Azərbaycana qarşı bu cür cinayət törətmək fikrinə düşməsin. 26 fevralda Xocalı faciəsinin növbəti ildönümü qeyd ediləcək. Biz hər zaman Xocalıda baş verənləri xatırlamalı, beynəlxalq ictimaiyyətə bu haqda məlumatlar verməliyik.

Ermənilərin vandallığını, soyqırım aktlarını dünya ictimaiyyətinı çatdırmalı və bu istiqamətdəki fəaliyyətimizi heç bir zaman dayandırmamalıyıq".

Vilayət Muxtar
"Cebheinfo.az"

Açar sözlər: soyqırım qisas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri