Deputat beynəxalq konfransda Azərbaycanın tolerantlıq təcrübəsindən danışıb FOTO/VİDEO | I…
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Könül Nurullayeva İsveçrədə Beynəlxalq Tolerantlıq və Sülh Parlamentin 12-ci plenar sessiyasında “Firavan gələcək naminə qlobal əməkdaşlıq” mövzusunda çıxış edib.Deputat bildirib ki, Ümumdünya Sülh Xartiyasının prinsiplərini irəli aparmaq və onun tam icrasına mane olan çağırışları birlikdə həll etmək üçün bütün ölkələr məsuliyyət daşıyır.
Azərbaycanın multikulturalizm və dinlərarası harmoniyanın zəngin tarixinə malik bir ölkə kimi həmişə tolerantlıq və sülh dəyərlərinə sadiq olduğunu vurğulayan K.Nurullayeva qeyd edib ki, regional münaqişələr və qlobal gərginliklər fonunda mövcud çağırışlara baxmayaraq, biz daim müxtəlif mədəniyyətlər və etnik qruplar arasında dialoq, barış və birgəyaşayış mühitini təşviq etməyə çalışmışıq: “Azərbaycan sülhsevər ölkə kimi bəşəriyyətin xilasını dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür.
Uzun illər əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərəm ki, məhz tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur”.“Ümumdünya Sülh Xartiyası tolerantlığın təşviqi üçün güclü bir təməl yaratsa da, onun tam icrası bir sıra maneələrlə üzləşir.
Geosiyasi gərginliklər, münaqişələr və həll olunmamış mübahisələr davamlı sülh və barış prosesini əngəlləyərək, bölücülük və düşmənçiliyi təşviq edir” deyən K.Nurullayeva qeyd edib ki, bu çağırışları effektiv şəkildə həll etmək üçün Xartiyanın prinsiplərini reallığa çevirmək məqsədilə konkret addımlar atılmalıdır: “Münaqişələrin dialoq və diplomatik yollarla həll edilməsi üçün hökumətlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir.
Bununla yanaşı, tolerantlığa qarşı artan təhdidlərin izlənilməsi və onların qarşısının alınması üçün mexanizmlər qurulmalıdır.”Deputat Azərbaycanın 30 ilə yaxın müddətdə üzləşdiyi işğal siyasətinə də toxunub: “Mənim ölkəm 30 ilə yaxın işğaldan, etnik təmizləmədən əziyyət çəkib.
Biz cəmiyyət olaraq sülhün nə qədər vacib olduğunu bu illər ərzində daha dərindən anlamışıq.
Beş il əvvəl 2020-ci ildə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan ərazi bütövlüyünü təmin etdi, beləliklə, regionda tam yeni reallıq yaranıb.
Tam oxu
Xəbəri oxu