Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Deputat beynəxalq konfransda Azərbaycanın tolerantlıq təcrübəsindən danışıb FOTO/VİDEO

Deputat beynəxalq konfransda Azərbaycanın tolerantlıq təcrübəsindən danışıb FOTO/VİDEO

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Könül Nurullayeva İsveçrədə Beynəlxalq Tolerantlıq və Sülh Parlamentin 12-ci plenar sessiyasında “Firavan gələcək naminə qlobal əməkdaşlıq” mövzusunda çıxış edib.

Deputat bildirib ki, Ümumdünya Sülh Xartiyasının prinsiplərini irəli aparmaq və onun tam icrasına mane olan çağırışları birlikdə həll etmək üçün bütün ölkələr məsuliyyət daşıyır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniyanın zəngin tarixinə malik bir ölkə kimi həmişə tolerantlıq və sülh dəyərlərinə sadiq olduğunu vurğulayan K.Nurullayeva qeyd edib ki, regional münaqişələr və qlobal gərginliklər fonunda mövcud çağırışlara baxmayaraq, biz daim müxtəlif mədəniyyətlər və etnik qruplar arasında dialoq, barış və birgəyaşayış mühitini təşviq etməyə çalışmışıq: “Azərbaycan sülhsevər ölkə kimi bəşəriyyətin xilasını dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Uzun illər əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərəm ki, məhz tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur”.

“Ümumdünya Sülh Xartiyası tolerantlığın təşviqi üçün güclü bir təməl yaratsa da, onun tam icrası bir sıra maneələrlə üzləşir. Geosiyasi gərginliklər, münaqişələr və həll olunmamış mübahisələr davamlı sülh və barış prosesini əngəlləyərək, bölücülük və düşmənçiliyi təşviq edir” deyən K.Nurullayeva  qeyd edib ki, bu çağırışları effektiv şəkildə həll etmək üçün Xartiyanın prinsiplərini reallığa çevirmək məqsədilə konkret addımlar atılmalıdır: “Münaqişələrin dialoq və diplomatik yollarla həll edilməsi üçün hökumətlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir. Bununla yanaşı, tolerantlığa qarşı artan təhdidlərin izlənilməsi və onların qarşısının alınması üçün mexanizmlər qurulmalıdır.”

Deputat Azərbaycanın 30 ilə yaxın müddətdə üzləşdiyi işğal siyasətinə də toxunub: “Mənim ölkəm 30 ilə yaxın işğaldan, etnik təmizləmədən əziyyət çəkib. Biz cəmiyyət olaraq sülhün nə qədər vacib olduğunu bu illər ərzində daha dərindən anlamışıq. Beş il əvvəl 2020-ci ildə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan ərazi bütövlüyünü təmin etdi, beləliklə, regionda tam yeni reallıq yaranıb. Postmünaqişə dövründə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün ilk təşəbbüs də Azərbaycana məxsusdur. Biz sülh və birgəyaşayış naminə mövcud imkanları düzgün dəyərləndirməliyik”.  

K.Nurullayeva eyni zamanda sülh mədəniyyətinin formalaşdırılmasında təhdilin roluna da toxunub. Qeyd edib ki, erkən yaşlardan etibarən uşaqlarda qarşılıqlı anlaşma, hörmət və dialoqu təşviq edən tədris proqramları hazırlanmalıdır: “Beynəlxalq mübadilə proqramları genişləndirilməli, gənclərin müxtəlif mədəniyyətləri birbaşa təcrübədən keçirməsi təmin edilməlidir ki, bu da stereotipləri qıraraq qlobal həmrəyliyi möhkəmləndirəcək. Ekstremizm və nifrət nitqinə qarşı mübarizə üçün rəqəmsal platformalarla daha sıx əməkdaşlıq edilməli, dezinformasiya və zorakılığa çağırışların yayılmasının qarşısı alınmalıdır. Mədəni və incəsənət təşəbbüsləri vasitəsilə tolerantlığı təşviq edən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək göstərilməlidir. Qadınlar və gənclər sülh quruculuğunun əsas iştirakçıları kimi gücləndirilməli, onların danışıqlar və siyasət formalaşdırma proseslərində fəal iştirakı təmin edilməlidir ki, inklüziv və davamlı həll yolları yaradılsın”.

K.Nurullayeva bildirib ki, Ümumdünya Sülh Xartiyasının prinsipləri dövlətlərin bu öhdəliklərə əməl etməsini təmin etmək üçün milli qanunvericilik vasitəsilə institutlaşmalıdır. Bunun üçün ölkələrin bu öhdəliklərə riayət etməsini izləyən və hesabat hazırlayan qlobal monitorinq qurumu yaradılmalıdır ki, səylərimiz real və ölçülə bilən dəyişikliklərə gətirib çıxarsın.

Qlobal sülhə gedən yolun asan olmadığını qeyd edən deputat onu da bildirib ki, bu yolda birgə addımlamalıyıq: “Azərbaycan tolerantlığı təşviq etmək və Ümumdünya Sülh Xartiyasının effektiv icrasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa sadiqdir. Biz də birlikdə bu sözləri əmələ çevirməklə və siyasətlərimizi sülh və birgəyaşayış ruhuna uyğunlaşdırmaqla gələcək nəsillər üçün daha ədalətli və harmonik bir dünya qura bilərik”.
Qeyd edək ki, Beynəlxalq Tolerantlıq və Sülh Parlamenti Qlobal Tolerantlıq və Sülh Şurasının parlament qoludur. Dünya üzrə milli parlamentlərin hazırkı üzvlərindən ibarət olan Parlamentin məqsədi, tolerantlıq və sülh sahəsində qlobal məsələləri araşdırmaq və yaranan problemlərin həlli üçün müvafiq tövsiyələr hazırlamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri