Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Faciəvi təyyarə qəzası ilə bağlı üzüldüyümü bildirir, həlak olanlara rəhmət, yaralılara tezliklə sağalmalarını arzulayıram.
Qeyd etməliyəm ki, qəza ilə bağlı Azərbaycan dövlətinin atdığı addımlar təqdirəlayiq idi.
Xüsusən, cənab Prezidentin səfərini yarımçıq qoyaraq ölkəyə dönməsi, hava limanında müşavirə keçirməsi və anında lazımi göstərişləri verməsi dövlətimiz haqqında hər kəsdə xoş hisslər oyatdı.
Bu operativ addımlara görə cənab Prezidentə, hökumətə, AZAL-a təşəkkürümü bildirirəm.
Anında psixoloqların, həkimlərin, xilasedicilərin, Fövqəladə Hallar Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, hüquq-mühafizə orqanlarının qəza yerinə göndərilməsi, bunun fonunda operativ məlumatların açıq-aşkar verilməsi dövlətimizin nə qədər oturuşmuş olduğunun göstəricisi oldu”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
O, Qazaxıstan xalqına da təşəkkür edib: “Onlar əsl qardaşlıq nümunəsi göstərdi.