Deputat: Bu təsirlər ölüm və xəstəliklərlə nəticələnir | Icma.az
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Bakıda TÜRKPA-ya üzv Parlamentlərin Səhiyyə Komitələri sədrlərinin "İqlim dəyişmələri və sağlamlıq, qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusunda ikinci iclası zamanı çıxış edib.News24.az xəbər verir ki, o, bildirib ki, insan fəaliyyətinin nəticəsi olan iqlim dəyişikliyi elə ən çox insanların özlərinə, onların sağlamlığına təsir göstərir.
Təəssüf ki, iqlim dəyişmələri təkcə ətraf mühitə deyil, səhiyyəyə və səhiyyə sistemlərinə də mənfi təsir göstərir.
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) xəbərdarlıq edir ki, qlobal istiləşməni 1.5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq milyonlarla insanın həyatını xilas etmək və fəlakətli sağlamlıq nəticələrinin qarşısını almaq üçün vacibdir.
Lakin hətta kiçik temperatur artımları belə milyonlarla insanın sağlamlığı üçün böyük risklər yarada bilər.
İqlim dəyişikliyi artıq müxtəlif yollarla sağlamlığa təsir edir və bu təsirlər ölüm və xəstəliklərlə nəticələnir.
Getdikcə daha tez-tez baş verən ekstremal hava hadisələri, istilik dalğaları, tufanlar və daşqınlar, eləcə də patogenlərin profilində dəyişikliklər, nəticədə antimikrob müqavimətinin artmasına gətirib çıxarmışdır.
Bu dəyişikliklər malyariya, denge qızdırması, Laym xəstəliyi və Zika virusu kimi xəstəliklərin yayılmasına təkan vermiş, eləcə də, ürək-damar xəstəliklərinin artması, ictimai səhiyyəyə, psixoloji sağlamlığa mənfi təsiri ilə özünü göstərir.
Tam oxu
Xəbəri oxu