Icma.az
close
up
RU
Deputat: Bu təsirlər ölüm və xəstəliklərlə nəticələnir

Deputat: Bu təsirlər ölüm və xəstəliklərlə nəticələnir

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Bakıda TÜRKPA-ya üzv Parlamentlərin Səhiyyə Komitələri sədrlərinin "İqlim dəyişmələri və sağlamlıq, qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusunda ikinci iclası zamanı çıxış edib.

News24.az xəbər verir ki, o, bildirib ki, insan fəaliyyətinin nəticəsi olan iqlim dəyişikliyi elə ən çox insanların özlərinə, onların sağlamlığına təsir göstərir. Təəssüf ki, iqlim dəyişmələri təkcə ətraf mühitə deyil, səhiyyəyə və səhiyyə sistemlərinə də mənfi təsir göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) xəbərdarlıq edir ki, qlobal istiləşməni 1.5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq milyonlarla insanın həyatını xilas etmək və fəlakətli sağlamlıq nəticələrinin qarşısını almaq üçün vacibdir. Lakin hətta kiçik temperatur artımları belə milyonlarla insanın sağlamlığı üçün böyük risklər yarada bilər. 

İqlim dəyişikliyi artıq müxtəlif yollarla sağlamlığa təsir edir və bu təsirlər ölüm və xəstəliklərlə nəticələnir. Getdikcə daha tez-tez baş verən ekstremal hava hadisələri, istilik dalğaları, tufanlar və daşqınlar, eləcə də patogenlərin profilində dəyişikliklər, nəticədə antimikrob müqavimətinin artmasına gətirib çıxarmışdır. Bu dəyişikliklər malyariya, denge qızdırması, Laym xəstəliyi və Zika virusu kimi xəstəliklərin yayılmasına təkan vermiş, eləcə də, ürək-damar xəstəliklərinin artması, ictimai səhiyyəyə, psixoloji sağlamlığa mənfi təsiri ilə özünü göstərir. 

İqlim dəyişmələrinin  onilliklər ərzində ölkəmizdə yaşayan insanların sağlamlığına, xəstəlik ocaqlarının yayılması və ya artmasına təsiri ilə bağlı geniş miqyaslı təhlil və elmi tədqiqat işinin aparılmasına böyük ehtiyac var. Bu sahədə tədqiqatlar yox dərəcəsindədir. Bu tədqiqatlardan əldə olunmuş tapıntılar və məlumatlar iqlim dəyişmələri sahəsində hazırda dünyada tanınan ölkəmizin beynəlxalq platformalarda təmsilçiliyinə də dəstək olmuş olar, həmçinin, elmə töhfə vermiş olar.

Ölkəmiz ötən ilin noyabr ayında BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - bugünədək Azərbaycanda keçirilmiş ən böyük miqyaslı tədbirə ev sahibliyi edərək qlobal iqlim gündəliyinə öz töhfəsini vermişdir. Bu çərçivədə səhiyyə məsələsinə də xüsusi yer verilmiş, 18 noyabr günü səhiyyəyə və insan kapitalına həsr edilmişdi. 

COP26, COP27, COP28, COP29 və COP30 sağlamlıq yönümlü nəticələrində, xüsusilə də iqlim davamlılığını və aşağı karbonlu dayanıqlı səhiyyə sistemlərini qurmaq üçün "İqlim və Sağlamlıq üzrə Transformativ Fəaliyyət Alyansı"nın (ATACH) yaradılmış, bu istiqamətdə bəyannamə imzalanmışdır. Azərbaycan bu Alyansa qoşulmuş və onun 2 il müddətinə (2024-2026) həm-sədri seçilmişdir. COP29 çərçivəsində Türk dövlətlərinin qeyri-hökumət təşkilatları ilə də səmərəli tərəfdaşlıq edilmiş, əməkdaşlıq əlaqələri qurulmuşdur.

2023-cü ildə isə Azərbaycan BMT-nin Mərkəzi Asiya və Azərbaycan İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iki yeni regional əməkdaşlıq xəttinin yaradılmasını təşəbbüs etmişdir. SPECA ölkələrinin 8 şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaşıl Şəhərlər proqramının üzvüdür, 3 şəhər UNECE-UN-Habitat-ITU Ağıllı Dayanıqlı Şəhərlər proqramında iştirak edir və 3 şəhər isə ÜST-nin Sağlam Şəhərlər proqramında iştirak edir. Bu sahədə Türk Dövlətləri Təşkilatının sağlam şəhərlər üzrə xüsusi standartları hazırlana və tətbiq oluna bilər. Bu sahədə Türk dövlətlərinin sağlam şəhərlər üzrə marşrutu yaradıla və səhiyyə turizmi təşviq edilə bilər. 

COP29 maliyyə COP-u idi, bu baxımdan səhiyyə sistemlərinin maliyyələşdirilməsi də çox önəmlidir. Maliyyə həmçinin pandemiyalara hazırlıq, qarşısının alınması və cavab tədbirləri üçün ayrılmalıdır. Biz COVID-19 pandemiyası təcrübəsindən nəticə çıxararaq, pandemiyalara hazırlıq tədbirlərini mitiqasiya proqramlarının bir hissəsinə çevirməliyik. İnkişaf etməkdə olan dünya dövlətləri növbəti pandemiyalara hazır olmalıdır. Kifayət qədər çarpayı, laboratoriya, xəstəxanalar və tibb işçilərinin olması vacibdir. Əks halda, itki və zərər kompensasiyası üçün daha çox vəsait tələb olunacaq. Başqa sözlə, profilaktika müalicədən daha yaxşıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri