Deputat: Heydər Əliyev ideyaları Azərbaycan üçün həmişə var olacaq | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“12 dekabr Ulu Öndər Heydər Əliyev anım günüdür, bizdən cismən ayrıldığı gündür”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündən etibarən keçən hər gün, hər saat Ulu Öndər bizim yanımızdadır: “O, öz ideyaları, düşüncələri, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ilə hər an hörmətlə anılmağa layiq olan böyük bir liderdir.
Heydər Əliyev hələ sağlığında böyük bir xalqın atasına çevrildi. Heydər Əliyev sözün əsl mənasında dahi idi.
Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir dahi! O, böyük bir xalqın yolgöstərəni idi.
Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq və dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran lider oldu.
O, sadəcə prezident olmadı, bütün dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları bir araya toplaya bildi.
Tam oxu
Xəbəri oxu