Icma.az
close
up
RU
Deputat: Heydər Əliyev ideyaları Azərbaycan üçün həmişə var olacaq

Deputat: Heydər Əliyev ideyaları Azərbaycan üçün həmişə var olacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“12 dekabr Ulu Öndər Heydər Əliyev anım günüdür, bizdən cismən ayrıldığı gündür”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündən etibarən keçən hər gün, hər saat Ulu Öndər bizim yanımızdadır:

“O, öz ideyaları, düşüncələri, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ilə hər an hörmətlə anılmağa layiq olan böyük bir liderdir. Heydər Əliyev hələ sağlığında böyük bir xalqın atasına çevrildi.

Heydər Əliyev sözün əsl mənasında dahi idi. Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir dahi! O, böyük bir xalqın yolgöstərəni idi. Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq və dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran lider oldu.

O, sadəcə prezident olmadı, bütün dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları bir araya toplaya bildi. Məhz Ümummilli Liderin rəhbərliyi ilə ilk dəfə Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Bu isə kiçik məsələ deyildi, əksinə, çox böyük ideya idi.

Ulu Öndər Heydər Əliyev tərəfindən azərbaycançılıq ideologiyası dövlət siyasətinin atributu kimi ortaya atıldı. Bu gün də biz həmin ideyanın ətrafında sıx bir şəkildə birləşmişik”.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin xalqı qarşısında söylədiyi fikirlər birmənalı olaraq gələcək tariximizin səhifələrinin yazıldığı məqama çevrilirdi:

“O məqamlardan biri də ömrünün son günlərində belə xalqına doğru yolu göstərməsi idi. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqı və ölkəsi üçün çalışdı.

Heydər Əliyev son nəfəsində belə ölkəsini və xalqını əmin əllərə tapşırdı, bizə iki böyük miras ərməğan etdi: 

müstəqil, azad, heç kimdən, heç bir təsirdən asılı olmayan bir ölkə və “Mən hər bir azərbaycanlının Prezidenti olacağam, sözümüz imzamızdır” deyən dəmir iradəli bir  rəhbər! Yəni Ulu Öndər xalqına hər zaman  doğru olan yolu göstərdi.

Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyev haqqında “Mən Ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” sözlərini deyərək xalqına doğru olan yolu göstərdi.

Ulu Öndərin başa çatdırmasına məqsədyönlü şəkildə imkan verilmədiyi yeganə məsələ artıq tarixin arxivinə göndərdiyimiz “Dağlıq Qarabağ” münaqişəsi idi. Bu gün ölkəmizi Qarabağlı Azərbaycan edən xilaskar Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevi göstərdi. 

Xalq da seçimində yanılmadı, Ulu Öndərin mənəvi, fiziki və hüquqi davamçısı olan cənab Prezident İlham Əliyevi seçdi.

Nəticədə, cənab Prezident İlham Əliyev xalqının bütövlüyünün simvoluna çevrildi və böyük Zəfərə silinməz imzasını atdı”.

Jalə Əliyeva vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın parlayan günəşidir:

“Onun ideyaları və düşüncələri Azərbaycan da bu gün də, sabah da yaşayacaq. Ulu Öndərin sözləri hər birimiz üçün həyat şüarına çevrilib. Çünki Heydər Əliyev bir günəşdir. 

Günəş nə qədər varsa, Heydər Əliyevin ideyaları və düşüncələri də hər zaman Azərbaycan vətəndaşları üçün var olacaq. 

O, günəş kimi səmamızın üzərində parlamağa davam edəcək. Bir daha Ulu Öndər Heydər Əliyevi hüzünlə anır, ruhu qarşısında ehtiramla baş əyirik. Nurlar içində yatsın”.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri