Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə "AK" partiyasının Ankara üzrə millət vəkili Osman Gökçek Ankara Böyükşəhər Bələdiyyəsinin Kahramanmaraşdakı zəlzələlərin ardından etdiyi kəfən və cənazə torbası tenderində rüşvət alındığını iddia edib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Gökçek TBMM-dəki mətbuat konfransına "Ankarada vurğun ölümün adıdır" yazılı plakatla çıxıb və salona tabut, kəfən komplekti və cənazə torbası gətirib.
Ankara Böyükşəhər Bələdiyyəsi yüksək qiymətlərlə təşkil edilən konsertlərdən sonra bu dəfə kəfən və cəsəd torbası tenderi ilə gündəmə gəlib.
Məsələ ilə bağlı TBMM-də mətbuat konfransı keçirən AK partiyası Ankara millət vəkili Osman Gökçek salona tabut, kəfən və cənazə torbası ilə daxil olması ilə diqqət çəkib.
O, 6 fevral 2023-cü il tarixindəki Kahramanmaraş mərkəzli zəlzələnin ardından ABB-nin cənazə torbası və kefen alımına dair tender açdığını bildirib.
"Zəlzələdən 11 gün sonra tenderə çıxdılar. 21-B təcili tədbir ilə bu tender həyata keçirildi.
11 mart 2023-cü ildə mallar təslim olunmaq üzrə tender başa çatdı.