Icma.az
close
up
RU
Deputat parlament iclasına tabut və kəfənlə gəldi FOTO

Deputat parlament iclasına tabut və kəfənlə gəldi FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə "AK" partiyasının Ankara üzrə millət vəkili Osman Gökçek Ankara Böyükşəhər Bələdiyyəsinin Kahramanmaraşdakı zəlzələlərin ardından etdiyi kəfən və cənazə torbası tenderində rüşvət alındığını iddia edib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Gökçek TBMM-dəki mətbuat konfransına "Ankarada vurğun ölümün adıdır" yazılı plakatla çıxıb və salona tabut, kəfən komplekti və cənazə torbası gətirib.

Ankara Böyükşəhər Bələdiyyəsi yüksək qiymətlərlə təşkil edilən konsertlərdən sonra bu dəfə kəfən və cəsəd torbası tenderi ilə gündəmə gəlib. Məsələ ilə bağlı TBMM-də mətbuat konfransı keçirən AK partiyası Ankara millət vəkili Osman Gökçek salona tabut, kəfən və cənazə torbası ilə daxil olması ilə diqqət çəkib.

O, 6 fevral 2023-cü il tarixindəki Kahramanmaraş mərkəzli zəlzələnin ardından ABB-nin cənazə torbası və kefen alımına dair tender açdığını bildirib. "Zəlzələdən 11 gün sonra tenderə çıxdılar. 21-B təcili tədbir ilə bu tender həyata keçirildi. 11 mart 2023-cü ildə mallar təslim olunmaq üzrə tender başa çatdı. Zəlzələ oldu, 35 gün keçdi, Ankara Böyükşəhər Bələdiyyəsi 80 milyonluq kəfən komplekti və cəsəd torbaları aldı. 35 gün keçməsinə baxmayaraq, bu məhsulları hansı vətəndaşımız üçün istifadə etdilər?" - deyə Gökçek sual ünvanlayıb.

"CƏSƏD TORBALARINI PULLA DOLDURDULAR"

Eyni dövrdə Üsküdar Dövlət Xəstəxanasının bir ədəd kəfən komplektini 259 TL, bir ədəd cəsəd torbasını isə 57 TL qiymətinə aldığına diqqət çəkən Gökçek "Bu hesabla bizdə 1 milyon 250 min ədəd cəsəd torbası olmalı idi. Bəs bu cəsəd torbaları haradadır? Bu tenderdə nə qədər kəfən, nə qədər cəsəd torbası alındığını bilmirik. Bu işin iki tərəfində də problem var. İnsanlar soyuqda həmin bölgələrdə yatıb, yaraları satrmağa çalışarkən, bunlar kəfənləri və cəsəd torbalarını pul ilə doldurdular" - deyə, vurğulayıb.

"BU VURĞUN HAQQINDA NƏ DÜŞÜNÜRSÜNÜZ?"

Tenderi qazanan şirkətin tikinti şirkəti olduğunu, bu şirkətin indiyə qədər yalnız cənazə ilə əlaqədar iki iş gördüyünü bildirən Gökçek, "Hər gün zəlzələ ilə bağlı danışan CHP-lilərə səslənirəm, Mansur Yavaşın etdiyi bu vurğun haqqında nə düşünürsünüz? Bunu harada yerləşdirirsiniz?" - deyə, soruşub.

İDDİA EDİLƏN MƏBLƏĞ 15 MİLYON TL

Ankara Böyükşəhər Bələdiyyəsinin digər bələdiyyələrlə müqayisədə kəfən və tabut almaqda çox yüksək qiymətlər ödədiyini iddia edən Gökçek 2020, 2022 və 2024-cü illərdə keçirilən tenderlərdə 15 milyon TL məbləğində rüşvət yapıldığını bildirdi.

"BU PULLAR KİMİN CİBİNƏ GETDİ?"

Ankara Böyükşəhər Bələdiyyəsinin bu tenderləri müvafiq sahə ilə əlaqəsi olmayan şirkətlərə verdiyini qeyd edən Gökçek "Bu pullar kimin cibinə getdi? Ankaralı yerlilərim bu pulları kimə verir? Bu şəxslərin mütləq ortaya çıxması lazımdır. Bütün məlumatları və şəxsləri ilə bunları prokurorluğa təqdim edəcəyəm. Hərtərəfli araşdırılmaları lazım olduğunu düşünürəm. Sayın Mansur Yavaş illərdir bu işləri görür, niyə bu adamın üzərinə getmirlər? Bəlkə Ankarada bu məsələlərlə bağlı özünü qoruyan bir şəbəkə var? Cənab, Mansur Yavaş, pandemiya dövründə, konsertdə, tabutlarda, cəsəd torbalarında, kəfən işlərində etdiyi vurğun açıq-aşkardır. İnsanlar ağlayarkən, dağıntılar altından fəryadlar gələrkən, biz birləşmiş halda hərəkət edərkən bu tenderdəki cəsəd torbaları, kəfənlər haradadır? Bunlar arasındakı qiymət fərqləri kimin cibinə getdi?" - deyə, o, əlavə edib.

Hüseyn 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri