Deputat: Parlament rəhbərlərinin dialoqu qarşılıqlı etimadı gücləndirir | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb.
Görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.
Qeyd edək ki, Assambleyada dünyanın müxtəlif ölkələrinin parlament nümayəndə heyətləri də iştirak edir.
Cenevrədə keçirilən bu toplantı parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və dialoqun təşviqi baxımından əhəmiyyətli platforma hesab olunur.
Görüşün nəticələri regiondakı proseslərin gələcək dinamikasına təsir göstərə bilər.Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm proseslər gedir:"Görüş isə bu prosesə fərqli bir baxış bucağından yanaşma imkanı yaradır.
Bütün bunlar artıq 45 bənddən ibarət imzalanmış sənədin əvvəlində əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirilə bilər.
Bu istiqamətdə Azərbaycan, ABŞ və Ermənistan nümayəndələrinin iştirakı, prosesin beynəlxalq əhəmiyyətini və qarşılıqlı əməkdaşlığın vacibliyini göstərir.
Tam oxu
Xəbəri oxu