Deputat: Parlament rəhbərlərinin dialoqu qarşılıqlı etimadı gücləndirir
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb. Görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.
Qeyd edək ki, Assambleyada dünyanın müxtəlif ölkələrinin parlament nümayəndə heyətləri də iştirak edir. Cenevrədə keçirilən bu toplantı parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və dialoqun təşviqi baxımından əhəmiyyətli platforma hesab olunur. Görüşün nəticələri regiondakı proseslərin gələcək dinamikasına təsir göstərə bilər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm proseslər gedir:

"Görüş isə bu prosesə fərqli bir baxış bucağından yanaşma imkanı yaradır. Bütün bunlar artıq 45 bənddən ibarət imzalanmış sənədin əvvəlində əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirilə bilər. Bu istiqamətdə Azərbaycan, ABŞ və Ermənistan nümayəndələrinin iştirakı, prosesin beynəlxalq əhəmiyyətini və qarşılıqlı əməkdaşlığın vacibliyini göstərir. Həmçinin danışıqlar təkcə dövlət başçıları arasında deyil, həm də parlament rəhbərləri səviyyəsində davam etdirilir. Azərbaycan tərəfi də bu görüşlərə xüsusi önəm verir. Parlament rəhbərləri arasında keçirilən bu görüşlər qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Münasibətlərin normallaşması istiqamətində atılan addımlar qarşılıqlı anlaşmaya, sülhə və sabitliyə xidmət edəcək. Əlbəttə, bu prosesdə müəyyən çətinliklər və fərqli baxışlar ola bilər, lakin əsas məqsəd bölgədə dayanıqlı sülhün təmin olunmasıdır. Nəticə etibarilə, bu cür görüşlər həm regionda əməkdaşlıq mühitinin güclənməsinə, həm də qarşılıqlı etimadın artmasına xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 21 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















