Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulmuş bir layihə dövlətidir”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, XIX əsrdə Çar Rusiyasının Cənubi Qafqaz uğrunda Osmanlı və Qacar imperiyasına qalib gəlməsi sonrakı proseslərdə ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması ilə nəticələndi: “Bölgənin demoqrafik tərkibini dəyişmək üçün müxtəlif vaxtlarda minlərlə erməni ailəsi Qərbi Zəngəzur və Qarabağda məskunlaşdırılıdı.
Bütün bunlar irəliləyən dönəmdə Rusiyanın iştirakı fonunda düşünülmüş Ermənistan dövlətinin yaranmasına zəmin yaratdı.
Ermənilər azərbaycanlılara qarşı düşmən xislətini və işğalçılığı davam etdirərək Moskvanın da razılığı əsasında sistematik şəkildə soydaşlarımızı öz doğma yurdlarından deportasiya etdilər.
Həmin prosesin pik nöqtəsi 1980-ci illərin sonunda Qarabağda yaşanan hadisələri bəhanə edərək xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildi.
Keçən müddət ərzində ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini silməyə çalışdılar və bizlərə məxsus mədəni irsi məhv etdilər.