Icma.az
close
up
RU
Deputat: “Qərbi Azərbaycan İcmasının fəal rolu İrəvanı təlaşa salıb”

Deputat: “Qərbi Azərbaycan İcmasının fəal rolu İrəvanı təlaşa salıb”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulmuş bir layihə dövlətidir”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, XIX əsrdə Çar Rusiyasının Cənubi Qafqaz uğrunda Osmanlı və Qacar imperiyasına qalib gəlməsi sonrakı proseslərdə ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması ilə nəticələndi: 

“Bölgənin demoqrafik tərkibini dəyişmək üçün müxtəlif vaxtlarda minlərlə erməni ailəsi Qərbi Zəngəzur və Qarabağda məskunlaşdırılıdı. Bütün bunlar irəliləyən dönəmdə Rusiyanın iştirakı fonunda düşünülmüş Ermənistan dövlətinin yaranmasına zəmin yaratdı. 

Ermənilər azərbaycanlılara qarşı düşmən xislətini və işğalçılığı davam etdirərək Moskvanın da razılığı əsasında sistematik şəkildə soydaşlarımızı öz doğma yurdlarından deportasiya etdilər.

Həmin prosesin pik nöqtəsi 1980-ci illərin sonunda Qarabağda yaşanan hadisələri bəhanə edərək xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildi.

Keçən müddət ərzində ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini silməyə çalışdılar və bizlərə məxsus mədəni irsi məhv etdilər. Onların içində yaşı yüz illəri əhatə edən tarixi abidələr də var”.

Millət vəkili vurğulayıb ki, Ermənistan tərəfindən Qərbi Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasəti beynəlxalq hüququn prinsiplərinə ziddir:

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar Qərbi Azərbaycana qayıdışı aktullaşdırdı. 

Cənab Prezident İlham Əliyevin sözügedən mövzu ilə bağlı prinsipial mövqeyi və məsələni beynəlxalq müstəviyə yüksəltməsi Ermənistanda ciddi narahatçılıqla izlənilir. 

Məhz bu səbəbdən İrəvan rəsmiləri tez-tez mifik Ermənistan iddiaları ilə Qərbi Azərbaycan reallıqlarını eyniləşdirmə çalışırlar”.

Günay Ağamalı vurğulayıb ki, “Miatsum” iddiasından fərqli olaraq Qərbi Azərbaycan həqiqətləri tarixi əsasları olan bir mövzudur:

“Soydaşlarımızın dinc yolla öz doğma yurdlarına qayıdışı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. Mülki əhalinin zorla köçürülməsini qadağan edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquq və azadlıqlarının müdafiəsinin təməl sənədidir.

Məhz BMT-nin qətnamələri ölkəmizin haqlı mövqeyinin təsdiqidir. 

Ölkə başçımız Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və Qərbi Azərbaycan İcmasının fəal rolu Ermənistanı təlaşa salıb”.

Rəsmi İrəvan proseslərə əngəl olmaq üçün hər zamankı kimi yenə də hərbiləşmə yolunu tutub. Sürətlə silahlanan ölkə Azərbaycanla növbəti müharibəyə hazırlaşır. Lakin Nikol Paşinyanın addımları heç bir nəticə verməyəcək.

Artıq regionda iki əsr tarixi olan planı məhv edən, bölgədə yeni konfiqurasiya formalaşdıran qüdrətli Azərbaycan faktoru mövcuddur. 

Rəsmi İrəvanın Azərbaycanın şərtlərilə razılaşmaqdan başqa şeçim şansı yoxdur”.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri