Deputat: Saleh Səmədovun bu şəkildə həbsindən məyus oldum | Icma.az
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır. İmişli Rayon Ağsaqqalar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən xəbərim yox id
Amma bəzi məsələlər qulağıma çatmışdı. Sadəcə, məhkəmə qərarı ilə həbs edildiyini bilmirdim.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Teleqraf-a İmişlini Milli Məclisdə təmsil edən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
O, Saleh Səmədovu çox yaxşı tanıdığını bildirib: “Rayon sakinlərindən biri kimi, onu tanımamağım mümkün deyil.
Tanımışam, münasibətimiz də olub. Son bir ildə başım qarışıq olduğu üçün çox sıx görüşə bilməmişik.
Əvvələr münasibətimiz çox yaxşı olub, gediş-gəlişimiz var idi. Onu rayonda hamı kimi mən də sahibkar olaraq tanımışam”.
Razi Nurullayev Saleh Səmədovun bu şəkildə həbsindən məyus olduğunu ifadə edib: “İnşallah, araşdırma gedər və haqqında müsbət qərar çıxarılar, o da azadlığına qovuşar.
İndi hamı onun faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsini gündəmə gətirir.
Tam oxu
Xəbəri oxu