Icma.az
close
up
RU
Deputat: Saleh Səmədovun bu şəkildə həbsindən məyus oldum

Deputat: Saleh Səmədovun bu şəkildə həbsindən məyus oldum

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İmişli Rayon Ağsaqqalar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən xəbərim yox idi. Amma bəzi məsələlər qulağıma çatmışdı. Sadəcə, məhkəmə qərarı ilə həbs edildiyini bilmirdim.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Teleqraf-a İmişlini Milli Məclisdə təmsil edən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

O, Saleh Səmədovu çox yaxşı tanıdığını bildirib:

“Rayon sakinlərindən biri kimi, onu tanımamağım mümkün deyil. Tanımışam, münasibətimiz də olub. Son bir ildə başım qarışıq olduğu üçün çox sıx görüşə bilməmişik. Əvvələr münasibətimiz çox yaxşı olub, gediş-gəlişimiz var idi. Onu rayonda hamı kimi mən də sahibkar olaraq tanımışam”.

Razi Nurullayev Saleh Səmədovun bu şəkildə həbsindən məyus olduğunu ifadə edib:

“İnşallah, araşdırma gedər və haqqında müsbət qərar çıxarılar, o da azadlığına qovuşar. İndi hamı onun faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsini gündəmə gətirir. Sözsüz ki, bu dövlət orqanlarının araşdıracağı bir işdir. Mən İmişlinin deputatıyam və o da mənim seçicilərimdən biridir. Sözsüz ki, öz seçicim haqqında nəsə başqa söz deməyim doğru olmaz və deyə də bilmərəm”.

Deputat əlavə edib ki, bu addımı onun 9 may günü etdiyi yaxşı bir hal deyildi. Bu məlumatsızlıqdan, siyasəti düzgün qiymətləndirməməkdən, geosiyasəti bilməməkdən, Azərbaycanın siyasətini doğru dəyərləndirməmək kimi məsələlərdən irəli gəlir.

"Bunu da mən belə başa düşmüşdüm. Ona görə də hər zaman deyirik ki, siyasətlə, onu bilənlər məşğul olsun. Siyasəti düzgün analiz edib onun üzərində baş sındırmayanlar, cəfa çəkməyənlər, məlumatlı olmağa çalışmayanlar, hər gün onu izləməyənlər mütləq şəkildə hər hansı bir səhfə yol verir. Bu səhvlər də sonra baha başa gəlir. Ona görə də Saleh Səmədova tezliklə azadlığa qovuşmağı arzulayıram, yaxınlarına səbr diləyir. Onun uşaqlarını da tanıyıram. Allah köməkləri olsun”, - deyə R.Nurullayev söyləyib.

Qeyd edək ki, 9 May - Qələbə Günü tədbirində SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.

Xatırladaq ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri