Deputat təklif edir ki, qadın səfirlərin sayı artırılsın

13.12.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Azərbaycanda qadın diplomatlarının sayının artmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib. 

"COP29 konfrasında diplomatlarımızın 200 ölkənin bir araya gəlməsində necə iştirak etdiklərini yaxından gördük. Bizim ikili və çoxtərəfli danışıqlar aparan yaxşı diplomatlarımız çoxdur. Bu istiqamətdə qadın diplomatlarımızın sayının artırılmasını dəstəkləməliyik. Müvəqqəti də olsa diplomatik xidmətlərdə kvota sistemi tətbiq etmək olar. Həmçinin yaşlı diplomatlar üçün səfirlikərdə uyğun vakansiya tapmaq mümkün olur. Onların böyük təcrübələrinizi nəzərə alıb bu məsələyə baxmaq olar", - deputat dekabrın 13-də "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib. 

Hazırda Azərbaycanı xarici ölkələrdə iki qadın səfir təmsil edir. 

Gülnar Nazimqızı 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью