Deputat təklif edir ki, qadın səfirlərin sayı artırılsın
Icma.az bildirir, Anews saytına əsaslanaraq.
Azərbaycanda qadın diplomatlarının sayının artmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
"COP29 konfrasında diplomatlarımızın 200 ölkənin bir araya gəlməsində necə iştirak etdiklərini yaxından gördük. Bizim ikili və çoxtərəfli danışıqlar aparan yaxşı diplomatlarımız çoxdur. Bu istiqamətdə qadın diplomatlarımızın sayının artırılmasını dəstəkləməliyik. Müvəqqəti də olsa diplomatik xidmətlərdə kvota sistemi tətbiq etmək olar. Həmçinin yaşlı diplomatlar üçün səfirlikərdə uyğun vakansiya tapmaq mümkün olur. Onların böyük təcrübələrinizi nəzərə alıb bu məsələyə baxmaq olar", - deputat dekabrın 13-də "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
Hazırda Azərbaycanı xarici ölkələrdə iki qadın səfir təmsil edir.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















