Deputat Zaqataladakı bəzi problemləri Milli Məclisdə səsləndirdi | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Təqdim olunmuş 2025-ci il dövlət büdcəsinə dair layihədən görünür ki, gələn il büdcənin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367 milyon manat nəzərdə tutulur.
2025-ci ilin dövlət büdcəsində iki əsas məsələ öz aktuallığını qoruyur.
Bu ilk növbədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış konsepsiyasının həyata keçirilməsidir.
Böyük qayıdış konsepsiyasının reallaşdırılması ilə bərabər dövlətimiz üçün növbəti prioritet məsələ əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır.
Xüsusən də sosial həssas təbəqəyə aid olan əhalinin qayğılarının həlli məqsədi ilə dövlət tərəfindən bütün imkanlar səfərbər edilir.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Tam oxu
Xəbəri oxu