Icma.az
close
up
RU
Deputat Zaqataladakı bəzi problemləri Milli Məclisdə səsləndirdi

Deputat Zaqataladakı bəzi problemləri Milli Məclisdə səsləndirdi

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Təqdim olunmuş 2025-ci il dövlət büdcəsinə dair layihədən görünür ki, gələn il büdcənin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367 milyon manat nəzərdə tutulur.  2025-ci ilin dövlət büdcəsində iki əsas məsələ öz aktuallığını qoruyur. Bu ilk növbədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış konsepsiyasının həyata keçirilməsidir. Böyük qayıdış konsepsiyasının reallaşdırılması ilə bərabər dövlətimiz üçün növbəti prioritet məsələ əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Xüsusən də sosial həssas təbəqəyə aid olan əhalinin qayğılarının həlli məqsədi ilə dövlət tərəfindən bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

"Mən cənab Prezidentə Qarabağda quruculuq, abadlıq işlərinin aparıldığı zamanda, digər regionlarda da, o cümlədən Zaqatala rayonunda sosial və digər məsələlrin həllini diqqətdə saxladığına görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda hökümətin fəaliyyətinin və Hesablama Palatasının rəyinin çox dəyərli olduğunu bildirərək bir necə məsələyə dair qeydlərimi nəzərə çatdırmaq istərdim.
Zaqatala rayonunun böyük kəndlərindən olan Aşağı Tala və Yuxarı Talanın  əsasən çınqıl və qara örtüklü olan yollarında xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanır. Hər iki kənddə 6 tam orta məktəb, 5 uşaq bağçası, 1 peşə məktəbi, 14 qəbirstanlıq (məzarlıq), 1 həkim məntəqəsi, mədəniyyət evi və kitabxana  yerləşdiyi üçün sakinlər yağışlı-qarlı günlərdə gediş-gəlişdə çox əziyyət çəkirlər. Təxminən 30 ildən artıqdır ki, əsaslı təmir olunmayan və 9,2 km uzunluqda çəkilməsi  nəzərdə tutulan yollardan gələcəkdə 16950 nəfər istifadə edəcək.  Qeyd edim ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonunda dağılmış minlərlə fərdi yaşayış evi Ulu öndərimizin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində yenidən tikilərək əhalinin ixtiyarına verilmişdir. Zəlzələ nəticəsində qismən zərər dəymiş yaşayış evlərinin, mədəniyyət evinin, orta məktəblərin, uşaq bağçalarının tam bərpası və ya cari təmiri də aparılmışdır. Suvagil kəndi rayonun planlı şəkildə tikilmiş, müasir və abad, eyni zamanda Qax və Zaqatalanı birləşdirən kəndidir. Lakin qeyd etməliyəm ki, kəndin asfatlanmış mərkəzi yolları ağır tonlu nəqliyyat vasitələri tərəfindən bərbad hala salınmışdır və kəndin yollarının çox hissəsinin yenidən asfaltlanmasına ehtiyac duyulur. Avtomobil yollarının müasir səviyyədə yenidən qurulması əhalisinin əsasən əkinçilik, qoyunçuluq və maldarlıqla məşğul olduğu bu kəndin sakinlərinin sosial rifahlarının yüksəlmələrinə - yetişdirdikləri məhsulların rahat şəkildə bazarlara daşınmsına,  kənd təsərrüfatının inkişafına birbaşa müsbət təsir edəcəkdir".

Deputat həmçinin bildirib ki, Zaqatala rayonunun kəndlərinin (Yeni Suvagil, Gözbarax, Mamrıx, Çobankol, Qımır, Bazar, Yuxarı Çardaxlar, Kəpənəkçi, Faldar, Qandax) mərhələli şəkildə qazlaşdırılması sosial rifahı yuxarı olmayan sakinlərin ağaclardan, o cümlədən meyvə ağaclarından yanacaq kimi istifadəsinin qarşısını alacaqdır ki, bu da öz növbəsinə ekoloji tarazlığın bərpa olunmsıma imkan verəcəkdir: "Digər bir məsələni - rayonun Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adına tam orta məktəbin qəzalı vəziyyətdə olduğunu da diqqətinizə çatdırmaq istəyirəm. Məktəbin yenidən inşası burada təhsil alan şagirdlərin təhsil keyfiyyətinin yüksəlməsinə xidmət edəcəkdir.  
Xüsusi qeyd etmək istərdim ki, millət vəkili olaraq irəli sürdüyümüz təkliflər seçicisi oldiuğumuz ərazi üzrə əhalinin daim müraciət etdikləri və həlli zəruri olan məsələlərdir.  Bunlar yallnız hökumətin faydalı iş əmsalına, eləcə də dövlət siyasətinin əsas strateji vəzifələrindən biri olan sosial siyasətə, dövlət başçısının fəaliyyətinin ana xəttini təşkil edən vətəndaş rifahının təminatına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə  dəstək vermək məqsədi daşıyır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması təmin olunub". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri