Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. ABŞ ilə Ermənistanın Strateji Tərəfdaşlıq Xartiyası imzalaması, Ermənistanın özündə be
Bunun həm daxili, həm də regional siyasi vəziyyətə təsir edə biləcəyinə dair narahatlıqlar yaranıb.
Hətta bu, Rusiya ilə sıx əlaqələri tərsinə çevirə bilər. Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, Ermənist
Azərbaycan üçün yeganə faktor Ermənistanın digər ölkələrlə münasibətlərinin Azərbaycanla münasibətlərinə mənfi təsir etməməsidir.
Bu gün Azərbaycan Ermənistandan istəyi Azərbaycanın ərazi bütövlüyünü tanıması, Azərbaycana qarşı ərazi iddialarının olmaması və Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsidir.
Bu istiqamətdə Azərbaycan öz mövqeyini dəfələrlə bəyan edib və Ermənistandan da bu mövzuda konkret və ciddi addımlar gözləyir.
Digər ölkələrlə hansısa müqavilə, saziş bağlanması, ittifaq qurması, əgər Azərbaycanla münasibətlərə mənfi təsir etmirsə, bu, onun sərbəst siyasətidir və istədiyi addımı ata bilər".
Deputat əlavə etdi ki, Azərbaycan müharibədən sonrakı dövrdə bölgədə uzunmüddətli sülhün təmin olunmasına çalışır: "Bu prosesdə Ermənistanın müsbət addımlar atması vacibdir.