Icma.az
close
up
RU
Deputatdan ABŞErmənistan xartiyasına reaksiya: Azərbaycan üçün maraqlı deyil

Deputatdan ABŞErmənistan xartiyasına reaksiya: Azərbaycan üçün maraqlı deyil

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ ilə Ermənistanın Strateji Tərəfdaşlıq Xartiyası imzalaması, Ermənistanın özündə belə fikir ayrılığına gətirib çıxarıb. Bunun həm daxili, həm də regional siyasi vəziyyətə təsir edə biləcəyinə dair narahatlıqlar yaranıb. Hətta bu, Rusiya ilə sıx əlaqələri tərsinə çevirə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, Ermənistanın digər dövlətlərlə hansı münasibətlər qurması Azərbaycan üçün maraqlı deyil:

"Bu məsələ onun daxili işidir və sərbəst hərəkət edə bilər. Azərbaycan üçün yeganə faktor Ermənistanın digər ölkələrlə münasibətlərinin Azərbaycanla münasibətlərinə mənfi təsir etməməsidir. Bu gün Azərbaycan Ermənistandan istəyi Azərbaycanın ərazi bütövlüyünü tanıması, Azərbaycana qarşı ərazi iddialarının olmaması və Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsidir. Bu istiqamətdə Azərbaycan öz mövqeyini dəfələrlə bəyan edib və Ermənistandan da bu mövzuda konkret və ciddi addımlar gözləyir. Digər ölkələrlə hansısa müqavilə, saziş bağlanması, ittifaq qurması, əgər Azərbaycanla münasibətlərə mənfi təsir etmirsə, bu, onun sərbəst siyasətidir və istədiyi addımı ata bilər".

Deputat əlavə etdi ki, Azərbaycan müharibədən sonrakı dövrdə bölgədə uzunmüddətli sülhün təmin olunmasına çalışır:

"Bu prosesdə Ermənistanın müsbət addımlar atması vacibdir. Ermənistanın atacağı hər bir addım bölgədəki vəziyyətin yaxşılaşdırılmasına və gərginliyin aradan qaldırılmasına töhfə verməlidir. Ermənistanın digər ölkələrlə əməkdaşlığı isə Azərbaycanın maraqlarına zərər vurmadığı müddətcə onun daxili siyasəti kimi qiymətləndirilir".

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri