Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda reallaşdırılan sosial paketlər və məşğulluq layihələri əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayır. Bu istiqamətdə atılan addımlar ölkənin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Dövlət başçısının İslam İnkişaf Bankının Bakıdakı illik toplantısında etdiyi çıxışda da bu uğurlar xüsusi qeyd olunub.
Mövzu barədə Demokrat.az-a danışan deputat Vüqar Bayramov ölkə rəhbərinin çıxışında çox ciddi iqtisadi və sosial islahatlara diqqət çəkdiyini bildirib. İslahatların miqyasını xatırladan deputat sosial dəstək tədbirlərinin ildən-ilə genişləndiyini vurğulayıb.
"2025-ci ildə də sosial sahədə tədbirlər davam etdirilib, yeni sosial paket həyata keçirilib və bu paket 3 milyondan çox vətəndaşı əhatə edib. Bu istiqamətdə əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. Bu, sosial təminat tədbirlərinin genişlənməsinin Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olduğunu göstərir"
Vüqar Bayramovun sözlərinə görə, əhalinin işlə təminatı məsələsi də diqqət mərkəzindədir. Xüsusilə biznes sahəsinin inkişafı yeni imkanlar açır.
"Sosial paketin reallaşması ilə yanaşı, yeni iş yerlərinin yaradılması da məşğulluq səviyyəsinə təsir göstərən əsas amillərdəndir. Xüsusilə özəl sektor hesabına yeni iş yerlərinin artırılması vacib istiqamət kimi ön plana çıxır. Hazırda 1,8 milyondan çox vətəndaş əmək müqaviləsi ilə çalışır və onların böyük hissəsi özəl sektorda fəaliyyət göstərir. Bu da özəl sektorun iş yerlərinin yaradılmasında payının artdığını göstərir"
İqtisadçı millət vəkili əlavə edib ki, görülən bütün işlər vətəndaşların maraqlarına xidmət edir.
"Bütün bunlar əhalinin rifahının yaxşılaşdırılmasına və sosial təminat tədbirlərinin genişlənməsinə xidmət edir. Nəticə etibarilə həm məşğulluq, həm də sosial müdafiə sahəsində görülən tədbirlər daha çox vətəndaşın bu imkanlardan yararlanmasına şərait yaradır".
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial islahatlar və məşğulluq layihələri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə birbaşa təsir göstərir. Dövlət tərəfindən ayrılan böyük həcmli vəsaitlər və özəl sektorun inkişafı ölkədə işsizliyin azaldılmasına, eləcə də dayanıqlı məşğulluğun təmin edilməsinə fundamental zəmin yaradır. Beləliklə, iqtisadi artımın sosial rifaha transfer edilməsi strategiyası real nəticələrlə özünü doğruldur, reallaşdırılan layihələr milyonlarla insanın həyat keyfiyyətini yüksəldir və dövlətin sosial siyasətinin uzunmüddətli prioritetlərini uğurla tamamlayır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Mövzu barədə Demokrat.az-a danışan deputat Vüqar Bayramov ölkə rəhbərinin çıxışında çox ciddi iqtisadi və sosial islahatlara diqqət çəkdiyini bildirib. İslahatların miqyasını xatırladan deputat sosial dəstək tədbirlərinin ildən-ilə genişləndiyini vurğulayıb.