Icma.az
close
up
RU
Deputatdan yeni iş yerləri ilə bağlı açıqlama

Deputatdan yeni iş yerləri ilə bağlı açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda reallaşdırılan sosial paketlər və məşğulluq layihələri əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayır. Bu istiqamətdə atılan addımlar ölkənin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Dövlət başçısının İslam İnkişaf Bankının Bakıdakı illik toplantısında etdiyi çıxışda da bu uğurlar xüsusi qeyd olunub.
Mövzu barədə Demokrat.az-a danışan deputat Vüqar Bayramov ölkə rəhbərinin çıxışında çox ciddi iqtisadi və sosial islahatlara diqqət çəkdiyini bildirib. İslahatların miqyasını xatırladan deputat sosial dəstək tədbirlərinin ildən-ilə genişləndiyini vurğulayıb.
"2025-ci ildə də sosial sahədə tədbirlər davam etdirilib, yeni sosial paket həyata keçirilib və bu paket 3 milyondan çox vətəndaşı əhatə edib. Bu istiqamətdə əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. Bu, sosial təminat tədbirlərinin genişlənməsinin Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olduğunu göstərir"
Vüqar Bayramovun sözlərinə görə, əhalinin işlə təminatı məsələsi də diqqət mərkəzindədir. Xüsusilə biznes sahəsinin inkişafı yeni imkanlar açır.
"Sosial paketin reallaşması ilə yanaşı, yeni iş yerlərinin yaradılması da məşğulluq səviyyəsinə təsir göstərən əsas amillərdəndir. Xüsusilə özəl sektor hesabına yeni iş yerlərinin artırılması vacib istiqamət kimi ön plana çıxır. Hazırda 1,8 milyondan çox vətəndaş əmək müqaviləsi ilə çalışır və onların böyük hissəsi özəl sektorda fəaliyyət göstərir. Bu da özəl sektorun iş yerlərinin yaradılmasında payının artdığını göstərir"
İqtisadçı millət vəkili əlavə edib ki, görülən bütün işlər vətəndaşların maraqlarına xidmət edir.
"Bütün bunlar əhalinin rifahının yaxşılaşdırılmasına və sosial təminat tədbirlərinin genişlənməsinə xidmət edir. Nəticə etibarilə həm məşğulluq, həm də sosial müdafiə sahəsində görülən tədbirlər daha çox vətəndaşın bu imkanlardan yararlanmasına şərait yaradır".
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial islahatlar və məşğulluq layihələri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə birbaşa təsir göstərir. Dövlət tərəfindən ayrılan böyük həcmli vəsaitlər və özəl sektorun inkişafı ölkədə işsizliyin azaldılmasına, eləcə də dayanıqlı məşğulluğun təmin edilməsinə fundamental zəmin yaradır. Beləliklə, iqtisadi artımın sosial rifaha transfer edilməsi strategiyası real nəticələrlə özünü doğruldur, reallaşdırılan layihələr milyonlarla insanın həyat keyfiyyətini yüksəldir və dövlətin sosial siyasətinin uzunmüddətli prioritetlərini uğurla tamamlayır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri