Deputatı qonaq getdiyi evdə döydülər

14.08.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Türkiyənin Ədirnə şəhərində CHP millət vəkili Ahmet Baran Yazqanın da olduğu mənzildə gecə saatlarında dava baş verib. Hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, hadisə avqustun 13-də saat 03:15 radələrində baş verib. Mənzildən gələn dava səsləri ilə bağlı qonşuların polisə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Polisin ilkin araşdırmasına görə, deputat Yazqanın döyüldüyü, mobil telefonunun əlindən alındığı və hadisə zamanı görüntülərinin çəkildiyi bildirilir. Deputat hadisə ilə bağlı şikayətçi olub.

Bununla yanaşı, qarşı tərəf də Yazqan barəsində şikayət edib. Şikayətdə deputatın mənzildə olan qadına qarşı cinsi xarakterli ifadələr işlətdiyi və onunla birlikdə olmaq istədiyi iddia olunub.

Hadisə ilə bağlı Nuh D., Begüm Ş. və T.A. adlı üç nəfər saxlanılıb.

Hazırda tərəflərin bir-birinə qarşı irəli sürdüyü iddialar üzrə araşdırma aparılır. İttihamların hüquqi qiyməti və hadisənin bütün təfərrüatları istintaqın nəticəsindən sonra məlum olacaq.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью