Deputatı qonaq getdiyi evdə döydülər
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Türkiyənin Ədirnə şəhərində CHP millət vəkili Ahmet Baran Yazqanın da olduğu mənzildə gecə saatlarında dava baş verib. Hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, hadisə avqustun 13-də saat 03:15 radələrində baş verib. Mənzildən gələn dava səsləri ilə bağlı qonşuların polisə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Polisin ilkin araşdırmasına görə, deputat Yazqanın döyüldüyü, mobil telefonunun əlindən alındığı və hadisə zamanı görüntülərinin çəkildiyi bildirilir. Deputat hadisə ilə bağlı şikayətçi olub.
Bununla yanaşı, qarşı tərəf də Yazqan barəsində şikayət edib. Şikayətdə deputatın mənzildə olan qadına qarşı cinsi xarakterli ifadələr işlətdiyi və onunla birlikdə olmaq istədiyi iddia olunub.
Hadisə ilə bağlı Nuh D., Begüm Ş. və T.A. adlı üç nəfər saxlanılıb.
Hazırda tərəflərin bir-birinə qarşı irəli sürdüyü iddialar üzrə araşdırma aparılır. İttihamların hüquqi qiyməti və hadisənin bütün təfərrüatları istintaqın nəticəsindən sonra məlum olacaq.
Baxış sayı:107
Bu xəbər 14 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















