Deputatın şirkəti 2 milyonluq tenderi uddu

16.09.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, Komitə bununla bağlı “Azəri Med” MMC ilə müqavilə imzalayıb.

MMC-dən ümumilikdə 1 mln 841 min 152 manat dəyərində əməliyyatxana sərf materiallarının satın alınması ilə bağlı razılığa gəlinib.

Hazırkı reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu göstərilir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-dir. Şirkətin nizamnamə kapitalının 14 mln 187 min 360 manat olduğu bildirilir.

Qeyd edək ki, mediada dərc olunan məlumatlarda  “Azəri Med” MMC-nin Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin sabiq baş direktor müavini Kamaləddin Qafarova məxsus olduğu qeyd olunur.

Könül
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью